Plastik cərrahlarla bağlı araşdırma - həbslər ola bilər

Plastik cərrahlarla bağlı araşdırma - həbslər ola bilərSəhiyyə Nazirliyi plastik cərrahların ixtisaslarının dəyişdirilməsi və onlara sertifikatların verilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq deyilib ki, məsələ ilə bağlı nazirlik hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparır.
"Sonda istintaq orqanı tərəfindən aparılan araşdırmaların nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək", – nazirlikdən bildirilib.
Qeyd edək ki,  2011-ci ildən, Azərbaycan Tibb Universitetində və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Plastik cərrahiyyə ixtisası üzrə rezidentura çərçivəsində həkim kadrların hazırlığına başlanılıb. Müvafiq qanuna əsasən, rezidenturada plastik cərrahiyyə ixtisası üzrə təhsilin müddəti 5 il müəyyən edilib.
Plastik cərrahiyyə ixtisası ilə məşğul olmaq hüququnu ali təhsilli həkim plastik cərrahlar əldə edirlər. Xaricdə təhsil alan və plastik cərrahiyyə üzrə rezidenturanı bitirən həkimlər Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən öncə Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyi və Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq edildikdə, praktik cərrahiyyə üzrə peşə fəaliyyətlərinə davam edə bilərlər. Həmçinin bu ali təhsilə malik mütəxəssislər praktik tibb fəaliyyətlə məşğul olduqlarından, beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.
Plastik cərrahiyyə üzrə tibb xidməti "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"na (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli qərarı) daxil olduğundan, bu istiqamətdə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziyaya sahib olmalıdırlar.
Plastik cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət, Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə yoxlamalar, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır.
Bundan başqa, hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var.
Onu da xatırladaq ki, son vaxtlar saxta sertifikatlı həkimlərlə bağlı qalmaqallar yaşanır. Belə ki, ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova bu mövzuda bir neçə dəfə sosial şəbəkə hesabında paylaşım edib, mediaya açıqlama verib. Q.Ataşova bildirib ki, doktor-bloger Günel Əzizovanın barəsində araşdırma etdikdən sonra ona hücumlar olub, hansı ki, G.Əzizova ixtisası olmadığı halda əməliyyatlar edir. Jurnalist bildirib ki, Günel Əzizova müğənni Xatirə İslamın bacısıdır. Müğənni bacısına görə Qənirə Ataşovaya zəng edib.
Digər bir qalmaqal isə plastik cərrah Ülviyyə İlyasova ətrafında baş verib. Onun pasiyentləri iddia edib ki, Ülviyyə İlyasova öz qaynı arvadını əməliyyat edərkən, qadın ölüb. Bundan sonra saxta sertifat alıb, plastik və ginekoloji əməliyyatlar edən həkimlərlə bağlı araşdırmaların aparılması haqda çağırışlar oldu.
Yayılan məlumatlara görə, artıq aidiyyəti qurumlar saxta sertifikatlı həkimlər və onları sertifikasiyadan keçirən qurumun məsul şəxslərlə bağlı işi nəzarətə götürüblər.  Həmçinin həkimlərin ixtisaslarının dəyişdirilməsi, onlara sertifikatlar verilməsi məsələsində xeyli qanun pozuntularının olduğunun üzə çıxdığı deyilir. O da bildirilir ki, yaxın vaxtlarda plastik cərrahiyyə sahəsində sertifikatlaşdırma qaydaları sərtləşdiriləcək.
Bu sahədə qanun pozuntuları ilə bağlı həbslərin olacağı da istisna edilmir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev İctimai Televiziyanın efirində çıxışı zamanı diplomsuz plastik cərrahların fəaliyyətinə toxunub. O bildirib ki, dövlət bu məsələni diqqətdə saxlayır və qanunsuz fəaliyyətlə məşğul olan şəxslər barədə araşdırmalar aparılır.
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Yeni Müsavat"a danışıb: "Səhiyyə bu gün iki icra strukturunun nəzarəti altındadır, bunlardan biri Səhiyyə Nazirliyi, digəri TƏBİB-dir. İşlərin koordinasiya olunmaması bir tərəfdən bununla bağlıdır.
Digər tərəfdən, indiyə qədər həkimlərin akkreditasiya sistemi yoxdur. Dünyanın hər yerində belə bir sistem var – həkimlər akkreditasiyadan keçir və onun əsasında onlara lisenziyalar verilir və lisenziya əsasında konkret müddətdə fəaliyyət göstərir. Həkimə fəaliyyət göstərmək üçün 5 il, maksimum 7 il lisenziya verilir, müddət bitdikdən sonra fəaliyyəti araşdırılır və təkrar lisenziya verilir. Amma bizdə isə çox əndirəbadi, bilmirəm kimin ağlına gəlmiş sertifikasiya imtahanı keçirilir və bütün həkimlər onun girovuna çevrilib. Bu zaman kimlərsə hansısa neqativ yolla o imtahandan keçir və sairə. Yəni bu sertifikasiya imtahanı tamamilə mənasız bir şeydir. Təsəvvür edin, Tibb Universitetinin professorları, hansı ki, imtahanlardakı sualları çox zaman onların kitablarından salırlar, həmin professorları da məcbur edirlər imtahan verməyə. Dünyada bu cür biabırçılığın analoqu yoxdur, bunu heç nə ilə müqayisə etmək olmur. Deyərdim ki, bu, həkimlər üzərində bir həqarətdir. Bəs məqsəd nədir? Niyə akkreditasiya sisteminə keçid edilmir? Əgər akkreditasiya sisteminə keçilsə, əlbəttə, qeyd olunan məsələlər ictimai nəzarət altında olacaq. Bu zaman həkimlərin lisenziyasının reyestri ictimaiyyətə tamamilə açıq olacaq. Belə olmadığı təqdirdə çox sayda boşluqlar yaranır və bundan sui-istifadə halları olur.
Düşünürəm ki, bu situasiya təkcə estetik cərrahlara aid deyil, araşdırsaq, digər ixtisaslarda da bu cür problemlər var. Çox asan yolla ixtisas dəyişmələri aparılır. Əlbəttə ki, kimsə ixtisasını dəyişə bilər, amma bunun üçün yenidən rezidentura keçməlidir. Dünyanın hər yerində qayda belədir. Bu, 3 aylıq kurs və yaxud hansısa yollarla reallaşa bilməz.
Ona görə də hesab edirəm ki, biz hansısa ölkənin modeli əsasında öz qanunlarımızı adaptasiya etməliyik. Bunun ən yaxşı variantı qardaş Türkiyədir. Orada bu qaydalar, qanunlar demək olar ki, illərlə özünü sınaqdan keçirib.
Hesab edirəm ki, səhiyyədə artıq "azərbaycansayağı" işlərdən qurtulub, normal idarəetməyə keçməliyik və səhiyyə vahid mərkəzdən idarə olunmalı, bütün bunlar da ictimai nəzarətin altında olmalıdır".

Sağlamlıq       Tarix: 12 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Bu bağçanı bit basıb?

"Noyabrın 2-də Gəncə şəhər 53 saylı körpələr evi-uşaq bağçasında bit aşkarlandığı iddia olunub. Bununla bağlı qeyd olunan təhsil müəssisəsində tibb işçilərinin iştirakı ilə monitorinq keçirilib". KONKRET.azxəbə

Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR 

Akademik tibbə meydan oxuyan tibb bacısı: Elizabet Kenni necə məşhurlaşdı?. Heç düşünmüsünüzmü, yüksək elmi dərəcələri olmayan, lakin böyük şəfqətə, müşahidə qabiliyyətinə və akademik doqmalara qarşı çıxmaq cəsarətinə mali

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar. xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunu

Qazaxıstanın ən yaşlı qadınının sirri nədə idi?

Qazaxıstanda respublikanın ən yaşlı qadını Tuymequl Temirbayeva vəfat edib. Onun 116 yaşı var idi. KONKRET.azoxuaz-a istinadən bildirir ki, bu barədə "Kazinform" nəşri Ulıtau vilayətinin administrasiyasına istinadə

Ucuz qiymətə satılır, faydaları isə saymaqla bitmir – EKSPERT AÇIQLADI

Son dövrlər Bakının balıq bazarlarında kilkəyə marağın artdığı müşahidə olunur. Digər balıq növləri ilə müqayisədə daha münasib qiymətə satılan kilkə həm əlçatanlığı, həm də zəngin qida tərkibi ilə istehlakçıların diqqətin

2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək

2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq. xəbər verir ki

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir

Xəstəlik insan həyatının ən çətin sınaqlarından biridir. İnsan sağlamlığını itirdikdə ağrı, narahatlıq və qorxu ilə üzləşir, bəzən isə yaşadığı çətinliklərin səbəbini anlamağa çalışır. Xristian mənəvi ənənəsində xəstəli


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler az son xeberler bugun beynelxalq bank mezenne hava durumu