Overçuk Şahin Mustafayevə təşəkkür etdi

Overçuk Şahin Mustafayevə təşəkkür etdiRusiya ilə Ermənistan arasında Azərbaycan və Gürcüstan ərazisindən keçən birbaşa dəmir yolu əlaqəsinin bərpası Cənubi Qafqazda sülhün və əməkdaşlığın möhkəmlənməsinə real töhfədir.
KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, noyabrın 5-də axşam saatlarında Rusiya ərazisindən yola düşən taxıl daşıyan qatar Azərbaycan və Gürcüstan üzərindən Ermənistana çatıb:
"Azərbaycan və Gürcüstan ərazisindən keçən Rusiya ilə Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsinin başlanmasını alqışlayırıq. Ermənistan müstəqillik əldə etdikdən sonra ilk dəfə bu formatda birbaşa nəqliyyat əlaqəsi qurulur. Bu hadisə Cənubi Qafqazda sülhün bərqərar olmasına, regional sabitliyə və iqtisadi inkişafına real töhfədir".
Aleksey Overçuk qeyd edib ki, yeni marşrut Rusiyanın Cənubi Qafqaz ölkələri ilə nəqliyyat əlaqələrini gücləndirəcək, Ermənistan bazarlarının Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələr üçün əlçatanlığını artıracaq, eyni zamanda Ermənistan məhsullarının Aİİ bazarlarına çıxışını asanlaşdıracaq:
"Bu yol ilə ilk daşınan yükün Rusiya taxılı olması simvolik məna daşıyır. Taxıl həyatın və yaradıcılığın rəmzidir. Bu fakt Cənubi Qafqazda qarşıdurmadan əməkdaşlığa keçid istiqamətində ümumi istəyimizi bir daha nümayiş etdirir".
Ölkə rəsmisi həmçinin regionda nəqliyyat əlaqələrinin bərpası istiqamətində əməkdaşlığa görə tərəfdaş ölkələrə təşəkkür edib:
"Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı birgə fəaliyyətə görə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevə, Ermənistan Baş nazirinin müavini Mger Qriqoryana, eləcə də bu marşrutun təşkili prosesində konstruktiv mövqe nümayiş etdirdiyinə görə Gürcüstana təşəkkürümü bildirirəm".

Siyasi       Tarix: 06 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2026 butun xeberler cəbhədən şad xəbər xeberler azerbaycan