Politoloq 20 Yanvarın baiskarından danışdı: "Qorbaçovu mütləq mühakimə etmək lazımdır

Politoloq 20 Yanvarın baiskarından danışdı: "Qorbaçovu mütləq mühakimə etmək lazımdırPolitoloq 20 Yanvarın baiskarından danışdı: "Qorbaçovu mütləq mühakimə etmək lazımdır"
Rasim Ağayev – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi işləmiş Əbdürrəhman Vəzirovun köməkçisi olub. 
O, Azərbaycan Mərkəzi Komitəsinin nəzdində yaradılmış analitik qrupun tərkibində olub. Həmin analitik qrup Dağlıq Qarabağ münaqişəsi və onun ölkəyə hansı təsirlər edə biləcəyi ilə bağlı proqnozlar hazırlayırdı. 
Bir müddət sonra isə R.Ağayev Azərbaycana rəhbərlik edən Ayaz Mütəllibovun informasiya siyasətini həyata keçirdi. 
Yəni Azərbaycanın o zamankı Prezidenti Ayaz Mütəllibovun mətbuat katibi R.Ağayev hazırda politoloq kimi fəaliyyət göstərir. 
R.Ağayev 20 Yanvar faciəsinin 30-cu ildönümündə Oxu.Az-a danışıb. 
Ekspert bildirir ki, hələ 1980-ci illərin sonunda Azərbaycanın fəlakətə sürükləndiyini yazıb. 
"Mən o vaxt deyirdim ki, Azərbaycanı fəlakətə sürükləyənlər siyasətbazlar, siyasətdən başı çıxmayanlar, siyasəti küçə hərəkatı kimi görənlərdir. Bunların da əksəriyyəti Azərbaycan Xalq Cəbhəsinin (AXC) nümayəndələri idi", - deyə R.Ağayev qeyd edir. 
"Mən əmin idim ki, bu Xalq Cəbhəsinin gələcəyi yoxdur. Ancaq təklif edirdim ki, yaranmış vəziyyəti – Dağlıq Qarabağ münaqişəsi, Mixail Qorbaçov kimi satqınların SSRİ rəhbərliyinə gəlməsini – nəzərə alaraq ümumi cəbhə yaradaq.
Ümumi cəbhənin də hakimiyyətdəki kommunistlərdən və Xalq Cəbhəsinin nümayəndələrindən ibarət olmasını təklif edirdim. Xalq da başa düşəcəkdi ki, bizim rəyimiz ümumi mənafeyə hesablanıb", - deyə R.Ağayev əlavə edir. 
R.Ağayev 20 Yanvar qətliamının baiskarı, SSRİ-nin sonuncu rəhbəri M.Qorbaçovun hələ də qanun qarşısında cavab verməməsi ilə bağlı sualı da cavablandırıb. 
O bildirib ki, M.Qorbaçovun qanun qarşısında mühakimə edilməməsi tamamilə yanlışdır. 
"Qorbaçovu mütləq mühakimə etmək lazımdır. Bir zamanlar məndə belə rəy yaranmışdı ki, Boris Yeltsin də Qorbaçovun mühakiməsini istəyir. Ancaq bir müddət keçəndən sonra Yeltsin hakimiyyətə gəldi, Rusiyanın Prezidenti oldu.
Gördük ki, Yeltsini ancaq hakimiyyəti və araq maraqlandırır. Araq içəndə hakimiyyət yaddan çıxırdı, amma hakimiyyətə gələndən sonra araq yaddan çıxmırdı. Gördük ki, artıq Yeltsinin də Qorbaçovun mühakiməsi olunması ilə bağlı fikri yoxdur", - deyə R.Ağayev qənaətlərini bölüşüb. 
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 20 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

Rusiya Ukrayna ilə bağlı tələb etdi - Qazaxıstan məcbur oldu

Qazaxıstanda Ukrayna vətəndaşı Rusiyanın sorğusu ilə saxlanılıb. Bunu DW öz araşdırması nəticəsində müəyyən edib. Lyubov Rojanskaya İstanbuldan Astanaya uçuşdan sonra hava limanında saxlanılıb. O, hazırda Qazaxıstan paytaxtını

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal


yeni xeberler azerbaycan xeberleri son xeberler maraqlı xəbərlər cəbhədən görüntüleri apa.az xeberler hava