Prezident: ABŞ-nin COP29-a dəstəyi böyük əhəmiyyət kəsb edir
Prezident İlham Əliyev ABŞ-nin COP29-a, ümumi iqlim məqsədlərinin irəli aparılması yolunda dəstəyinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
azxeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin ABŞ Prezidenti Cozef Baydenə Müstəqillik Günü münasibətilə göndərdiyi məktubda qeyd olunub.
Azərbaycan lideri humanitar, mədəniyyət və turizm sahələrində, sivilizasiyalararası dialoqun təşviqində də Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsində maraqlı olduğunu vurğulayıb:
"Xalqlarımızın mənafeləri naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə, xüsusilə də iqlim dəyişmələri və yaşıl enerjiyə keçid məsələlərində ABŞ ilə birgə səylər göstərməyə hazır olduğumuzu vurğulamaq istəyirəm. ABŞ-nin noyabr ayında Bakıda keçiriləcək COP29-a, tədbir çərçivəsində ümumi iqlim məqsədlərinin irəli aparılması yolunda dəstəyi böyük əhəmiyyət kəsb edir. Biz eyni zamanda humanitar, mədəniyyət və turizm sahələrində, sivilizasiyalararası dialoqun təşviqində də Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsində maraqlıyıq".

ABB-dən qəribə qərar: 'm10'-a pul köçürmələrinə məhudiyyət qoyuldu
Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzaladı
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
Bakcell-in dəstəyi ilə keçirilən "SummerStack Bootcamp" başladı - FOTOLAR
"Fənərbaxça" onunla razılıq əldə etdi
"Ebola virusu sürətlə yayılır" - ÜST
Qaxda maşın dərəyə aşdı - Xəsarət alan var
Dənizdə batan 4 nəfərdən sonuncunun da meyiti tapıldı
Mi-2 helikopteri qəzaya uğrayıb: Pilot həlak oldu - Rusiyada
Yaponiya və Venesuelada güclü zəlzələ oldu, Venesuelada fövqəladə vəziyyət elan edildi
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
ABŞ NATO sammiti ərəfəsində Türkiyəyə "Kaan" qırıcıları üçün mühərrik satışını təsdiqləyəcək
TƏCİLİ! Rusiyadan Ermənistana ŞOK HƏDƏ - Ordu yeridilir?
Vətən müharibəsi qazisi bıçaqlandı
ABŞ Rusiyanın neft sanksiyaları üzrə istisnaları ləğv etdi