Prezident Administrasiyası rəsmisindən mediaya ÇAĞIRIŞ
Prezident Administrasiyası rəsmisindən mediaya ÇAĞIRIŞ
Parlament seçkiləri bugünkü gündəmin əsas mövzusudur.
Oxu.Az-ın məlumatına görə, bunu Avropa Şurasının Mərkəzi Seçki Komissiyası ilə birlikdə keçirdiyi "Seçkinin mediada işıqlandırılması" mövzusunda informasiya sessiyasında Prezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib.
O bildirib ki, 2019-cu ildə Azərbaycanda həyata keçirilən islahatlar həm mahiyyət, həm də keyfiyyətinə görə əvvəlki illərdən fərqlənib.
S.Yusifovanın sözlərinə görə, aparılan genişmiqyaslı islahatlar ictimai münasibətlərə də öz müsbət təsirini göstərir.
S.Yusifova əlavə edib ki, parlament seçkilərinin keçirilməsi də islahatların tərkib hissəsidir. PA rəsmisi bildirib ki, seçkilər müasir standartlar çərçivəsində keçiriləcək.
S.Yusifova qeyd edib ki, media seçki prosesində aktiv iştirak edir.
"Seçkilər dövründə media prosesləri obyektiv işıqlandırmalıdır. Bütün namizədlərə bərabər şərait yaradılmalıdır", - deyə S.Yusifova bildirib.
O əlavə edib ki, seçki prosesində qanunvericiliyin pozulması halları da istisna deyil.
Aqşin Kərimov /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı