Prezident Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR

Prezident Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLARAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Almaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib.
azxeber.com xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə söhbət etdi.
Ötən ay Almaniyaya rəsmi səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı səfər zamanı Prezident Frank-Valter Ştaynmayer və Kansler Fridrix Merts ilə ikitərəfli əlaqələr və beynəlxalq məsələlər üzrə yaxşı müzakirələrin aparıldığını vurğuladı, ölkələrimizin regional sabitlik, təhlükəsizlik və inkişafla bağlı baxışlarının üst-üstə düşdüyünü qeyd etdi. Müzakirələr zamanı potensial əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirildiyini, bunların qarşılıqlı anlaşmaya və tərəfdaşlığımızın inkişafına gətirib çıxardığını deyən dövlətimizin başçısı Berlində izmalanmış "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin əhəmiyyətini vurğuladı, bunun münasibətlərimizi keyfiyyətcə üstün səviyyəyə qaldırdığını bildirdi.
Prezident İlham Əliyev qeyd etdi ki, bu gün biz artıq bir çox sahələrdə strateji qarşılıqlı əlaqələr haqqında danışırıq və ticarət, investisiyalar, biznes sahələrində mövcud olan imkanlar ikitərəfli əlaqələrimizi gücləndirir. Dövlətimizin başçısı səfirin Azərbaycanda fəaliyyətə onun Almaniyaya rəsmi səfərindən sonra başladığını vurğulayaraq, bunun ikitərəfli əlaqələrin gələcək inkişafı baxımından çox önəmli olduğunu diqqətə çatdırdı.
Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.
Qəbula görə minnətdarlığını bildirən Dirk Lölke ötən il avqustun 8-də Azərbaycanla Ermənistan arasında Vaşinqtonda keçirilmiş Zirvə Görüşünün birinci ildönümü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı öz növbəsində regionda sülh gündəliyinin məhz Azərbaycanın təşəbbüsü ilə başladığını, sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin səylərini bundan sonra da davam etdirəcəyini və bölgədə sülhün artıq dönməz olduğunu bir daha vurğuladı.
Səfir Almaniya hökumətinin Prezident İlham Əliyevin səfərinin nəticələrindən çox məmnun olduğunu qeyd etdi. O, müzakirə olunmuş işlərin tezliklə icra ediləcəyinə ümidvarlığını bildirdi.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər və son dövrlərdə bu əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika vurğulandı.
Həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi və Almaniya şirkətlərinin gələcəkdə bu marşrutun imkanlarından istifadə etmələri, ənənəvi və bərpaolunan enerji, eləcə də təhsil sahələrində əməkdaşlıq imkanlarına toxunuldu.
Prezident Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLARPrezident Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLARPrezident Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLARPrezident Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLARPrezident Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLARPrezident Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLARPrezident Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR

Siyasi       Tarix: 14 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber krimnal bugun cəbhədən son məlumatlar sonxabar az