Prezident Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinə yeni səlahiyyət verdi
Prezident Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinə yeni səlahiyyət verdi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının "Diaspor fəaliyyətində xidmətə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" fərman imzalayıb.
AZƏRTACxəbər verir ki, fərmana əsasən, "Azərbaycan Respublikasının "Diaspor fəaliyyətində xidmətə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1723-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alınıb:
1. "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinə verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının "Diaspor fəaliyyətində xidmətə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1723-VQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı