Prezident dövlət adından yaradılan publik hüquqi şəxslər haqqında FƏRMAN imzalayıb

Prezident dövlət adından yaradılan publik hüquqi şəxslər haqqında FƏRMAN imzalayıbPrezident dövlət adından yaradılan publik hüquqi şəxslər haqqında FƏRMAN imzalayıb
Prezident İlham Əliyev "Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında fərman imzalayıb. 
AZƏRTAC xəbər verir ki, fərmanla "Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası" təsdiq edilib. 
Eyni zamanda Nazirlər Kabineti dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin nümunəvi formasını 15 gün müddətində müəyyən edərək Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. 
Bu fərmanın birinci hissəsi 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. 
Dövlət adından yaradılan publik hüquqi şəxslərə
dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi
QAYDASI 
1. Ümumi müddəalar 
1.1. Bu Qayda Azərbaycan Respublikasında dövlət adından yaradılan və bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq müəyyən edilən bölgüdə nəzərdə tutulan publik hüquqi şəxslərin (bundan sonra – publik hüquqi şəxslər) dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlərin ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir. 
1.2. Bu Qaydanın məqsədləri üçün təyinatlı tədbirlər dedikdə dövlət sifarişi əsasında publik hüquqi şəxslərin nizamnamələrinə uyğun olaraq həyata keçirdikləri işlər, layihələr, xidmətlər, proqramlar və s. başa düşülür. 
1.3. Publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına ayrılan məqsədli vəsaitlərin (bundan sonra – vəsaitlər) yuxarı həddi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq proqnozlaşdırılır və hər ilin dövlət büdcəsində nəzərdə tutulur. Vəsaitlərin publik hüquqi şəxslər üzrə bölgüsünü Azərbaycan Respublikası Prezidentinin hər ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanunlarının tətbiqi barədə fərmanları ilə müəyyən edilmiş orqan (qurum) həyata keçirir. 
1.4. Bu Qaydada istifadə olunan anlayışlar "Publik hüquqi şəxslər haqqında" və "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının qanunlarında, habelə digər normativ hüquqi aktlarda nəzərdə tutulan mənaları ifadə edir. 
2. Publik hüquqi şəxslərə vəsaitlərin ödənilməsi 
2.1. Vəsaitlərin ödənilməsi üçün dövlət orqanının (qurumun) tabeliyində yaradılan publik hüquqi şəxslə onun tabe olduğu orqan (qurum) arasında, belə orqan (qurum) olmadıqda isə bilavasitə publik hüquqi şəxslə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi arasında, vəsaitlərin publik hüquqi şəxslər üzrə bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq bölgüsü aparıldığı tarixdən 15 iş günü müddətində müqavilə bağlanılır. 
2.2. Vəsaitlərin ödənilməsi şərtləri bu Qaydaya uyğun olaraq bağlanmış müqavilə əsasında müəyyənləşdirilir. Həmin müqavilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi nümunəvi formaya uyğun tərtib olunur. 
2.3. Müqavilədə aşağıdakı məsələlər əks etdirilir: 
2.3.1. müqavilənin predmeti; 
2.3.2. tərəflərin hüquq və öhdəlikləri, o cümlədən publik hüquqi şəxsin həyata keçirəcəyi təyinatlı tədbirlərin dairəsi; 
2.3.3. publik hüquqi şəxsin dövlət büdcəsindən ayrılan vəsaitdən istifadəsi barədə hesabatlılığın forması; 
2.3.4. tərəflərin məsuliyyəti və onların qarşılıqlı razılığı əsasında digər şərtlər. 
2.5. Vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir. 
2.6. Vəsaitlərin ödənilməsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla aparılır. 
2.7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi maliyyələşməni publik hüquqi şəxsin və ya publik hüquqi şəxsin tabe olduğu dövlət orqanının (qurumun) təqdim etdiyi sifariş sənədləri əsasında, rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla aparır və maliyyələşdirilmiş vəsait müqavilə əsasında publik hüquqi şəxsin bank hesabına köçürülür. 
2.8. Publik hüquqi şəxslərin dövlət büdcəsi hesabına müqavilə əsasında həyata keçirdikləri tədbirlər üzrə xərclər bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitdən çox olmamalıdır. 
2.9. Ödənilmiş vəsaitlər publik hüquqi şəxslər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır. 
3. Publik hüquqi şəxslərə ödənilmiş vəsaitlərin istifadəsinə nəzarət və hesabat 
3.1. Vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarət "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 
3.2. Publik hüquqi şəxslər alınan vəsaitlərdən istifadə barədə aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatları "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib və təqdim edirlər.  /oxu.az

Siyasi       Tarix: 25 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Rusiyadan Azərbaycanla bağlı arzuolunmaz qərar – 3 ay ərzində…

Rusiyadan Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrə nağd pul çıxarılmasına yeni məhdudiyyət tətbiq edilib. Sənədə əsasən, fiziki şəxslərə Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan (təxminən 20 min manat

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler az xəbər az cəbhədən son məlumat meherremlik 2026