Prezident Əməkdar İncəsənət xadiminə mənzil bağışladı
Prezident Əməkdar İncəsənət xadiminə mənzil bağışladı
Prezident İlham Əliyev kino tədqiqatçısı, Əməkdar İncəsənət xadimi Aydın Kazımzadəyə mənzil bağışlayıb.
80 yaşı tamam olan Aydın Kazımzadə Open.az-a açıqlamasında yubileyi ərəfəsində ən böyük hədiyyənin Prezident İlham Əliyev tərəfindən verildiyini bildirib:
"Prezident İlham Əliyev mənə ikiotaqlı mənzil hədiyyə edib. Düşünürəm ki, bundan gözəl və dəyərli hədiyyə ola bilməz. Şəfiqə Məmmədovaya da minnətdarlığımı bildirirəm".
Aydın Kazımzadə hazırda "Xatirələr" adlı kitab yazdığını vurğulayıb.
Qeyd edək ki, Aydın Kazımzadə Azərbaycanda kino mətbuatının yaradıcısıdır. Uzun illər "Kino" qəzetinin və "Film" jurnalının baş redaktoru, Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsi Məlumat-reklam bürosunun direktoru, AzTV-də dublyaj şöbəsinin müdiri, "Azərkinovideo" İB-də reklam şöbəsinin müdiri, Azərbaycan Kino Ensiklopediyasının baş redaktor müavini, icraçı direktoru, Dövlət Film Fondunun direktor müavini, baş mütəxəssisi vəzifələrində çalışıb.
Milli kino tariximizin 1916-cı ildən deyil, məhz 1898-ci ildən başlanması faktının üzə çıxarılıb sübuta yetirilməsi və sabiq Prezident Heydər Əliyev tərəfindən sərəncamla avqustun 2-ni Mill Kino Günü elan etməsi Aydın Kazımzadənin adı ilə bağlıdır.
Azərbaycanda animasiya kinosunun da yaranma tarixinin 1933-cü ilə aid olması faktının üzə çıxarılıb sübuta yetirilməsi də məhz Aydın Kazımzadənin adı ilə bağlıdır. /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı