Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub.
azxeber.com xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlər çərçivəsində keçirilir. Festivalda səkkiz ölkə təmsil olunur.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə festival məkanında iki hissədən ibarət milli pavilyonumuz qurulub. Pavilyonun kulinariya hissəsində Azərbaycanın milli mətbəxi və zəngin qastronomiya ənənələri təqdim olunur. Burada ölkəmizin müxtəlif regionlarına xas yerli bitki, meyvə, taxıl, çərəz və digər məhsullar, eyni zamanda, Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olunmuş çay mədəniyyəti ənənəsi ziyarətçilərə nümayiş etdirilir.
Pavilyonun ikinci hissəsində isə xalçaçılıq, kəlağayı, misgərlik, ağac üzərində oyma və keramika sənəti təqdim olunur. Bu hissədə Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyası əsasında XIX əsr Qarabağ evinin interyeri də canlandırılıb.
Pavilyonda, həmçinin azyaşlı xanəndələrin ifasında Azərbaycan musiqisinin, o cümlədən muğam nümunələri səsləndirilib.








Xidmetler [newsid: 0-123300]

Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
13 Azərbaycan vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
Papikyandan Nəsimi Musayevlə bağlı mühüm açıqlama
Bu dəfə serial ulduzu olacaq
Müğənni həbsxanaya göndərildi
Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib
Gürcüstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
"Protokol İdarəçiliyi və Korporativ Təmsilçilik" təlimi keçirilib - FOTOLAR
AccessBank tender elan etdi
"Baş məşqçi sözünü tutmadı, layiq olmadığım aqressivlik gördüm"
Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu
Fransa yeni nüvə raketini sınaqdan keçirdi
Qadınlara gül almayın' - Niyamdan kişilərə