Prezident mina xəritələrindən DANIŞDI
"Azərbaycanın indi qarşısında duran əsas problemlər azad olunmuş ərazilərin minalardan təmizlənməsi və dağılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, müharibədən sonra Azərbaycanın 150-dən çox vətəndaşı minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarətlər alıb:
"Ermənistan bizə minalanmış ərazilərin tam xəritələrinin verilməsindən imtina edir. Azərbaycan tərəfinə verilən xəritələrin kiçik qismində isə dəqiqlik 25 faizdir. 30 illik işğal dövründə demək olar ki, bütün binalar və tarixi abidələr dağıdılıb. Azad edilmiş ərazilərdə 67 məsciddən 65-i tam dağıdılıb. Yarıdağıdılmış iki məsciddə isə işğalçılar məqsədli şəkildə müsəlmanları təhqir etmək üçün donuz və mal-qara saxlayıblar. Füzuli şəhəri və Füzuli rayonun kəndlərində bina və evlərin 100 faizi dağıdılıb. Eyni vəziyyət Ağdam şəhərində və Ağdam rayonundadır. Ağdam şəhəri "Qafqazın Xirosiması" adlandırılıb. Cəbrayıl rayonunda cəmi iki bina salamat qalıb ki, burada da erməni silahlı qüvvələrinin hərbçiləri yerləşdirilmişdi. Oxşar mənzərə Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarda var. Şuşa şəhərində mövcud olan 17 məsciddən 16-sını işğal vaxtı işğalçılar dağıdıb. Bir məscidi isə dırnaqarası tolerantlıq nümayiş etdirmək üçün və belə demək olarsa, İran mütəxəssislərinin iştirakı ilə fars məscidi kimi təqdim etməyə cəhd göstərdilər".

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı