Prezident Rusiya ilə bağlı sualı cavablandırdı - "Onlar da gözəl bilir ki, nə baş verib"
Xəbər verdiyimiz kimi, Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumu keçirilir.
KONKRET.az-ın məlumatına görə, tədbirdə iştirak edən Prezident İlham Əliyev Azərbaycan və Rusiya arasındakı münasibətlərlə bağlı sualı da cavablandırıb.
Dövlət başçısı bildirib ki, AZAL-ın təyyarəsinin qəzaya uğramasından 7 ay keçməsinə baxmayaraq, hələ də Rusiya rəsmilərindən cavab almamışıq:
"Bizim üçün hər şey aydındır. Biz nə baş verdiyini bilirik. Bunu sübut edirik. Bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardılar. Onlar da gözəl bilirlər ki, nə baş verib.
İstənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii idi – öz günahlarını etiraf etsinlər, təyyarəni vuranlar cəzalandırılsın və qurbanların ailəsinə təzminat ödənilməlidir. Və eyni zamanda AZAL-ın təyyarəsinə görə təzminat verilməlidir.
Bizim pilotlar cəsarət və peşəkarlıq göstərdilər. Bütün sərnişinlər həlak olmadı. Biz dərhal Aktauya heyət göndərdik. Gördük ki, təyyarənin füzelyajı deşik-deşik edilib. Təyyarəmizə qarşı iki dəfə hücum olub. Guya Ukrayna dronu bizim təyyarəmizlə toqquşub. Bu, uşaq bağçası səviyyəsində olan hekayədir. Biz bilirik nə baş verib. Rusiyanın hava məkanı bağlanılmamışdı. Hava məkanı bizim təyyarəmiz vurulduqdan bir neçə dəqiqə sonra bağlanmışdı. Həmin o şəxslər xalça əməliyyatını gec ediblər. 7 aydır ki, biz cavab ala bilmirik. Baş prokurorumuz müntəzəm olaraq Rusiyaya məktub ünvanlayır, cavab o olur ki, təhqiqat davam edir. Biz gözləyirik görək nə zaman bitir bu təhqiqat. Bu o demək deyil ki, biz bunu unudanıq. Bunu unuda bilmərik. Artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Bilirik ki, buna vaxt lazım olacaq. Amma biz ədalətə nail olacağıq".

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı