Prezident Tbilisi prospektində görülən işlərlə tanış olub - YENİLƏNİB + FOTO

Prezident Tbilisi prospektində görülən işlərlə tanış olub - YENİLƏNİB + FOTOPrezident Tbilisi prospektində görülən işlərlə tanış olub - YENİLƏNİB + FOTO
21:17
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub.
AZƏRTAC xəbər verir ki, görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib:
-Möhtərəm cənab Prezident, xoş gəlmisiniz. Yasamal rayonundakı Şəfayət Mehdiyev küçəsi 2,4 kilometr uzunluğundadır. Bu küçənin Bəxtiyar Vahabzadə küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində 800 metr ərazi tam yaşayış və qeyri-yaşayış obyektləri ilə zəbt olunmuşdu.
Prezident İlham Əliyev: Bu hissə?
Saleh Məmmədov: Bəli, bu hissə, cənab Prezident. Bu maşınlar dayanan hissədən o yanan işığa qədər tam yaşayış evləri idi. Hamısı köçürüldü və Sizin göstərişinizlə kompensasiya ödənildi.
Prezident İlham Əliyev: Lazımi səviyyədə verildi kompensasiya?
Saleh Məmmədov: Kompensasiyaları tam ödənildi, heç bir şikayət olmadı. Küçənin 800 metrlik bu hissəsi tam yenidən quruldu. İndi 18 metr enində 4 cərgəli avtomobil yoludur. Əvvəllər Cavid prospekti ilə gələn avtomobillər Cavid parkının ətrafını dolanıb Tbilisi prospektinə gedirdilər. Bakıda nəqliyyatın hərəkətinin yaxşılaşdırılması ilə bağlı Sizin göstərişinizə əsasən görülən işlər nəticəsində indi həmin nəqliyyat vasitələri birbaşa Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinə çıxacaq.
Prezident İlham Əliyev: Əvvəllər çıxış yox idi?
Saleh Məmmədov: Xeyr, əvvəllər çıxış yox idi. Yalnız 5 metr enində məhəllədaxili yol var idi. Bunlar sökülən evlərin şəkilləridir. Sizin ayırdığınız vəsait hesabına həmin evlərin hamısı köçürüldü.
Prezident İlham Əliyev: Bu yol çox ensiz idi, burada qurtarırdı, bu tərəfə yol yox idi?
Saleh Məmmədov: Bəli, ancaq bu məhəllədəki binalara girmək üçün 5 metr enində yol var idi.
Prezident İlham Əliyev: Yaxşı layihədir.
Saleh Məmmədov: Sizin göstərişinizlə həyata keçirilib. Tıxaclar tam aradan qalxıb. Cənab Prezident, bu yol olmayanda, bütün avtomobil axını metronun Elmlər Akademiyası stansiyasının qarşısından keçirdi. Bu şəkillərdə göründüyü kimi, pik saatlarda burada tıxaclar yaranırdı. Artıq bu hissədən axın götürüləcək. İndi tam 4 cərgəli yoldur. Həm də Tbilisi prospekti ilə birbaşa əlaqələndirilir. Gözəl bir yol sistemi yarandı.
Prezident İlham Əliyev: Burada yaşayan vətəndaşlara lazımi şərait yaradıldı?
Saleh Məmmədov: Bəli, cənab Prezident, istədikləri vəsait tam ödənildi, hamısı da razı qaldı.
Prezident İlham Əliyev: Ancaq bu evlərə gedə bilərdilər də?
Saleh Məmmədov: Ancaq bu evlərə. Məhəllədaxili küçələr idi. İndi artıq 2,4 kilometr uzunluqda gözəl bir prospekt yaranıb. Bundan əlavə, cənab Prezident, 2019-cu ilin investisiya proqramlarında nəzərdə tutulan, həmçinin büdcə fondundan ayırdığınız vəsait hesabına Bakı şəhərində və qəsəbələrində bir neçə yol tam çəkilib və istismara hazırdır. Bu yollardan biri Xocasən-Lökbatan yoludur, hansı ki, başlanğıcını Sədərək ticarət mərkəzindən götürür və Bakı-Şamaxı yolunun 9,5-ci kilometrliyinədək, "Koka-Kola" deyilən dairəyədək uzanır. Bu yol da indi tam hazırdır. Əvvəllər bu şəkillərdəki vəziyyətdə olub. İndi tam 4 cərgəli yoldur. Yolun ortasında ayırıcı beton zolaqlar qoymuşuq, 11,2 kilometrlik bu hissə istifadəyə tam hazırdır. Bundan əlavə, investisiya proqramından ayrılmış vəsait hesabına Sabunçu rayonunun Bakıxanov stansiyasından Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinə gedən 5,4 kilometrlik yolu bu il təmir etmişik, istismara tam hazırdır.
Prezident İlham Əliyev: Bu, əvvəlki vəziyyətidir?
Saleh Məmmədov: Bəli, əvvəlki vəziyyətidir. İndi bu yolu bu vəziyyətə gətirmişik.
Prezident İlham Əliyev: Genişləndirmə aparıldı?
Saleh Məmmədov: Bəli, genişləndirmə aparıldı və yeni səkilər, piyada keçidləri yaradıldı. Bakı şəhərinin Azadlıq prospektindən Yeni Avtovağzala qədər olan yolun 6 kilometrlik hissəsi genişləndirildi. Ensiz bir yol idi. Nəqliyyat axınını yaxşılaşdırmaq üçün bu yol da Sizin göstərişinizlə 4 cərgəyə genişləndirildi. Burada qovşaqlar yaradıldı, Yeni Avtovağzal Binəqədi şosesi ilə birləşdirildi.
Cənab Prezident, Əhmədli qəsəbəsində, Zığ şossesindən Neapol dairəsinədək olan küçə də ikigedişli idi. Uzunluğu 3,2 kilometr olan bu yolu da Sizin göstərişinizlə 4 cərgəli etmişik, istismara tam hazırdır.
Prezident İlham Əliyev: Çox yaxşı işlər görmüsünüz. Bakı şəhərinin bütün küçələri ən yüksək standartlara cavab verməlidir. Ona görə harada ki, problemli yerlər var, onların da siyahısını tutun və biz həm bu il, həm də gələn il onları da təmir edəcəyik. Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur.
Saleh Məmmədov: Bəli, böyük tıxaclar olur.
Prezident İlham Əliyev: Baxmayaraq ki, indi qatar da işləyir və vətəndaşların bir hissəsi qatardan istifadə edir, yenə də tıxaclar var. Ona görə baxın, bu yolu genişləndirmək üçün texniki imkan olmalıdır, layihə hazırlayın.
Saleh Məmmədov: Cənab Prezident, layihə hazırlayıb Sizə təqdim edərik.
Prezident İlham Əliyev: Biz o yolu genişləndirməliyik, lazımi vəsait ayırarıq. Bir də mən sizə göstəriş vermişdim ki, qəsəbədaxili yollar, Bakıətrafı qəsəbələrin yolları da abadlaşdırılmalıdır. Siz ilkin təklifləri göndərmisiniz, baxılacaq və müvafiq göstərişlər veriləcək, sərmayə ayrılacaq ki, biz Bakı qəsəbələrində bütün daxili yolları abadlaşdıraq. Torpaq yollar asfaltlanmalıdır. Bakı şəhərində, o cümlədən onun qəsəbələrində torpaq yol olmamalıdır.
Saleh Məmmədov: Cənab Prezident, Sizin göstərişinizlə elə də olacaq. Qəbulunuzda olarkən verdiyiniz tapşırığa əsasən biz bəzi qəsəbələrdə yolların torpaq əsaslarının tikintisinə başlamışıq.
Prezident İlham Əliyev: Bilirəm ,siz başlamısınız. Əvvəl Kürdəxanı qəsəbəsinin yollarını abadlaşdırdınız. İndi digər qəsəbələr növbədədir.
Saleh Məmmədov: Pirşağı, Zabrat, ondan əlavə, Xəzər rayonunda, Binə qəsəbəsində...
Prezident İlham Əliyev: Xəzər rayonunda Mərdəkan, Şüvəlan və digər qəsəbələrdə biz yolların hamısını bərpa edəcəyik.
Saleh Məmmədov: Sizin göstərişinizə bütün torpaq yolların hamısını mərhələlərlə asfaltlayacağıq.
19:38
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub.
Bu barədə AZƏRTAC məlumat verib. 
Prezident Tbilisi prospektində görülən işlərlə tanış olub - YENİLƏNİB + FOTOPrezident Tbilisi prospektində görülən işlərlə tanış olub - YENİLƏNİB + FOTOPrezident Tbilisi prospektində görülən işlərlə tanış olub - YENİLƏNİB + FOTOPrezident Tbilisi prospektində görülən işlərlə tanış olub - YENİLƏNİB + FOTOPrezident Tbilisi prospektində görülən işlərlə tanış olub - YENİLƏNİB + FOTOPrezident Tbilisi prospektində görülən işlərlə tanış olub - YENİLƏNİB + FOTOPrezident Tbilisi prospektində görülən işlərlə tanış olub - YENİLƏNİB + FOTO

Siyasi       Tarix: 02 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


yeni xeberler azerbaycan xeberleri son xeberler ensonxeberler kriminal xeber valyuta mezennesi banklar cəbhədən son xəbərlər 2026