Prezident Türkiyə ilə Birgə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edib
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərkibində dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, "Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri" sözləri "Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri" sözləri ilə əvəz edilib və həmin hissəyə "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri" sözlərindən sonra "Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri" sözləri əlavə edilib.
Xarici İşlər Nazirliyi bu Sərəncamda edilən dəyişiklik barədə Türkiyə Respublikası tərəfinə bildiriş göndərməlidir.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti