Prezidentin köməkçisi: Azərbaycan qlobal Şimal və Cənub arasında körpü ola bilər

Prezidentin köməkçisi: Azərbaycan qlobal Şimal və Cənub arasında körpü ola bilərBakıda keçiriləcək "COP29" konfransının əsas mövzusu kifayət qədər mürəkkəb məsələ olan iqlim üçün maliyyə olacaq. Amma Azərbaycanın bir sıra üstünlükləri var ki, bu da ona müxtəlif mövqe və baxışa malik olan tərəflər arasında konsensusa nail olmağa imkan verə bilər.
azxeber.com report-a istinadən xəbər verir ki, bunu Çinin CGTN telekanalına müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Bu çətin məsələdir, həm də müxtəlif nöqteyi-nəzərdən tərəflər arasında konsensus tapmaqdır. Amma mən hesab edirəm ki, buna nail olmaq mümkündür", - Azərbaycan Prezidentinin köməkçisi bildirib.
Onun sözlərinə görə, Azərbaycan qlobal Şimal və Cənub fikirlərini bir araya gətirmək üçün əlindən gələni edəcək, eyni zamanda sonuncunun da səsi eşidilməlidir:
"Qlobal Cənub, inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrin özünəməxsus problem və çətinlikləri var, buna görə də Ziyan və Zərər Fondu yaradılmışdır. Maliyyə məsələləri və maliyyə resursları əsasdır".
Hikmət Hacıyev əlavə edib ki, Azərbaycanın belə bir həll və konsensus tapmaq üçün strateji üstünlüyü var:
"Azərbaycan inkişaf etməkdə olan ölkədir, Qoşulmama Hərəkatına uğurla sədrlik edib, dünyanın demək olar ki, yarısını əhatə edən G77 və Çin qrupunun üzvüdür. Azərbaycan həm də bəzi Avropa qurumlarının üzvüdür və Aİ ilə əlaqələri mövcuddur.
Düşünürəm ki, belə bir mövqe konsensusun əldə edilməsində və həmçinin qlobal Şimal və Cənub arasında daha böyük həmrəyliyin əldə edilməsində mühüm rol oynayacaq".

Siyasi       Tarix: 22 mart 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl


azerbaycan xeberleri yeni xeberler son xeberler hava haqqinda ensonxeberler xəbər xəbərlər.com