Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin qərargahı istifadəyə verildi

Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin qərargahı istifadəyə verildiQarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin Qərargahı Ağdam rayonunda yerləşir və ən son "ağıllı" texnologiyalar əsasında tikilib.
Azxeber.com xəbər verir ki, Xüsusi Nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ümumilikdə 1 hektar sahəni əhatə edən müvəqqəti qərargahın ərazisi "Camp" və "İnzibati ərazi" olaraq ikiyə ayrılıb və inşası əsasən yaşayış, iaşə, inzibati, sağlamlıq, "smart camp" idarəetmə sistemi, alternativ enerji sahələri kimi 6 komponent üzrə icra edilib.
Qərargahda tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla, qısa zaman ərzində, yüksəkkeyfiyyətli modul tipli isti və soyuğa davamlı, 1, 2, 3 və 4 otaqlı, ekoloji fərdi yaşayış evləri və inzibati binaların inşası həyata keçirilib. İnzibati binanın 1-ci mərtəbəsi müasir tələblərə cavab verən ofis sahəsi, gözləmə zalı və 16 nəfərin eyni anda qidalana biləcəyi müasir tipli mətbəx və yeməkxanadan, 2-ci mərtəbəsi isə tam təchizatlı 13 nəfərlik yataq otaqlarından ibarətdir.
Bundan əlavə ərazidə qərargah sahəsinin və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 24 saatlıq mühafizə və müasir kamera müşahidə məntəqəsi, fiziki sağlamlıq üçün açıq və qapalı idman zalları, futbol, basketbol və voleybol meydançaları, təcili tibbi müayinə və müalicə üçün tibb məntəqəsi, müxtəlif tədbir və iclasların keçirilməsi üçün iclas zalı, daxili və xarici avtomobil dayanacaqları tikilib.
Müasir şəhərsalma standartlarının tətbiq olunması ilə inşa olunan qərargah sahəsindəki binaların bütün daxili mühəndis kommunikasiya, isitmə sistemlərinin ağıllı texnologiyalar əsasında qurulması ilə yanaşı alternativ enerji mənbələri ilə təmin edilməsi, daxili və xarici yolların "ağıllı" işıqlandırılması, məişət tullantılarının idarə olunması, günəş panellərindən və bioqaz enerjisindən istifadə olunması kimi amillər də tikinti konsepsiyasına daxil edilib.
Bunlardan əlavə qərargahın landşaft dizaynına uyğun olaraq, ərazinin yaşıllaşdırılması zamanı flora və iqlim mühitini də diqqətə alaraq əraziyə uyğun bitki və ağaclara üstünlük verilib. Düşərgənin yaşıllaşdırılma konsepsiyasında ərazidəki mövcud bitki və ağacların da qorunub saxlanılması ilə yanaşı, ilin hər fəslinə uyğun 30-dan çox adda əlavə ağac və bitki kolları da əkilərək, ümumilikdə 3300 kvadratmetr ərazidə yaşıllıq sahəsi salınıb. Burada yaşıllıqların suvarılması üçün müasir sistemlərə uyğun olaraq 3 500 metr sahədə avtomatlaşdırılmış damcılama və çiləmə sistemləri tətbiq edilib.
Qərargahın avtomobil yollarına və dayanacaqlarına asfalt örtüyü çəkilib, daxili piyada yolları isə müasir görünüşlü, ən son texnologiyalarla preslənmiş tamet daşları ilə döşənib.
İnzibati ərazinin tam mərkəzində hündürlüyü 9 metr olmaqla üç dirəkdən ibarət müasir görünüşlü Bayraq Meydanı tikilib və ətrafı abadlaşdırılaraq ən son texnologiyalarla işıqlandırılıb.
Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin Qərargahı artıq istifadəyə verilib.

Siyasi       Tarix: 25 dekabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeberler qarabag sonxeber az son xəbərlər