Prezidentin təqdim etdiyi "yol xəritəsi" hamı üçün "örnək modeli"dir - Millət vəkili yazır...

Prezidentin təqdim etdiyi "yol xəritəsi" hamı üçün "örnək modeli"dir - Millət vəkili yazır...Prezidentin təqdim etdiyi "yol xəritəsi" hamı üçün "örnək modeli"dir - Millət vəkili yazır...
Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə gündəmimizin başlıca mövzularındandır.
Xatırladım ki, sözügedən müşavirədə ilin birinci rübündə həyata keçirilən tədbirlərdən danışan Prezident İlham Əliyev Azərbaycanda islahatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını qeyd edib. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işləri vurğulayan dövlətimizin başçısı Azərbaycanda vəziyyətin nəzarət altında saxlanıldığını bildirib.
Eləcə də, iqtisadi vəziyyətə pandemiyanın təsiri ilə əlaqədar hökumətə bir sıra tapşırıqlar verən Prezident İlham Əliyev 2020-ci ilin də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü olacağını vurğulayaraq, ilin birinci rübünün iqtisadi göstəricilərindən danışıb.
Prezidentin həmin nitqini koronavirus pandemiyası dövründə çətin mərhələdən keçmək üçün ölkəmizin "yol xəritəsi" də adlandırmaq olar. Çünki Prezident İlham Əliyev bu nitqində təkcə dünyamızın və ölkəmizin qarşılaşdığı problemlərdən söz açmaqla kifayətlənməyib, eyni zamanda bu problemlərdən çıxış yollarını göstərib, bu məqsədlə tapşırıq və göstərişlərini verib.
2020-ci ilin Azərbaycan üçün uğurla başladığını qeyd edən dövlət başçısı vurğulayıb ki, ilin əvvəlinin göstəriciləri Azərbaycanda islahatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxaracağını deməyə əsas verir.
Sitat: "Xüsusilə yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət idi. Mart ayında isə müəyyən qədər tənəzzülə uğradıq. Bu da təbiidir. Çünki koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir. Əgər ilin üç ayını bütövlükdə götürsək, görərik ki, yenə də inkişaf, tərəqqi var. Ancaq hər kəs bilməlidir ki, indi dünya yeni bir mərhələyə qədəm qoyub və hətta ən inkişaf etmiş ölkələr böyük problemlərlə üzləşiblər".
Dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlərin yaşandığını xatırladan dövlət başçısı Azərbaycanda durumun nəzarət altında olduğunu söyləyib. Prezidentin də ifadə etdiyi kimi, koronavirus pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən tədbirlərin artıq müsbət nəticələr verməsi bizim doğru yolda olduğumuzun göstəricisidir. 
Qeyd etmək istərdim ki, cənab Prezidentimizin rəhbərliyi altında dövlət tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də on minlərlə ola bilərdi.
Sitat: "Ən inkişaf etmiş ölkələrin təcrübəsi onun göstərir ki, heç bir ölkə özünü tam sığortalı hesab edə bilməz. Heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilməz. Ona görə, bu, bizim üçün də dərs olmalıdır və mən bunu artıq bildirmişəm, bir daha demək istəyirəm ki, ibrət götürməliyik. Bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararlanıb oxşar addımlar atır".
Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına mümkün mənfi təsirləri haqda danışan dövlət başçısı bunun qlobal proses olduğunu vurğulayaraq, qabaqlayıcı tədbirlər sayəsində bundan da minimum itkilərlə çıxmağın əsas vəzifələrdən olduğunu qeyd edib. Proqram xarakterli çıxışda, demək olar ki, ölkənin yaxın zamanlar üçün atmalı olduğu bütün zəruri addımlar göstərilib, ən kritik mərhələlər üçün belə "xilas modelləri" təklif olunub. 
Hesab edirəm ki, indi həm müvafiq dövlət strukturlarının, həm də hər birimizin bir nömrəli vəzifəsi bu tapşırıqları böyük məsuliyyətlə yerinə yetirməkdir. Belə olacağı təqdirdə isə Prezident İlham Əliyevin "yol xəritəsi"nin reallaşacağının şahidlərinə çevriləcəyik.
Könül Nurullayeva
Millət vəkili /oxu.az

Siyasi       Tarix: 15 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Zaxarovadan PUA hücumları ilə bağlı AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 17-20-si tarixlərində Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) obyektlərinə qarşı törədilən hücumlarla bağlı şərh verib. xəbər verir ki, bəyanatda iyulu

Britaniyanın yeni baş naziri o olacaq

Böyük Britaniyada Endi Börnhem Leyboristlər Partiyasının lideri seçilib və onun namizədliyi baş nazir postuna irəli sürüləcək. report-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri Şabana Mahmud bildirib. "Bi

İlham Əliyev Almaniyaya səfər etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də, axşam radələrində Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib. xəbər verir ki, Berlin şəhərinin Brandenburq "Willy Brandt" Aeroportunda dövlətimizi

"Rusiya diqqətini Baltikyanı ölkələrə və Polşaya yönəldə bilər"

Litva müdafiə naziri Kaunas, Rusiyanın Ukraynadakı müharibədə gözlənilən nəticəni əldə edə bilməməsi fonunda yeni bir eskalasiyaya ehtiyac duyduğunu bildirib. xəbər verir ki, LRT efirində çıxış edən nazir Rusiyanın daxilind

Zelenski generallarla "qapalı" görüşdə: İstefa şayiələri artır

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin ali hərbi rəhbərliyi ilə intensiv danışıqlar keçirir.   xəbər verir ki, Ukrayna prezidentinin iyulun 19 və 20-də Baş Qərargah rəisinin müavini Vladimir Qorbatyukla iki dəfə görüşdüy

"Dost Almaniya xalqına..." - Prezident İlham Əliyevin xatirə kitabına yazdıqları - (Foto)

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevin "Villa Borsig" iqamətgahında Fəxri qonaqlar kitabına yazdığı ürək sözlərini paylaşıb. səfər çərçivəsində dövlət başçısının xatirə kitabında qey

Netanyahunun addımları ABŞ-ı qəzəbləndirdi – Münasibətlər niyə soyuyur?

Son dövrlər ABŞ ilə İsrail arasında münasibətlərdə müəyyən gərginlik və fikir ayrılıqlarının yarandığı müşahidə olunur. Xüsusilə İran məsələsi, Qəzza müharibəsi, Livan və Suriya istiqamətində atılan addımlar, eləcə də Vaşinqtonu

Türkiyə və Azərbaycan kimi iki ölkəyə veriləcək mesaj yalnız dostluq və qardaşlıqdır

"Türkiyə və Azərbaycan kimi iki ölkəyə veriləcək mesaj yalnız dostluq və qardaşlıqdır" bu sözləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib. "Düşünürə

Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsində IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımd


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun cəbhədən ən son xəbər en yeni xeberler