Pul alıb SOCAR-a işə düzəltmək vədi verən şəxslər yaxalanıb - FOTO

Pul alıb SOCAR-a işə düzəltmək vədi verən şəxslər yaxalanıb - FOTO
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsi işə düzəltmək adı ilə vətəndaşları aldadıb onlardan pul almış Həsənov Elçin Əmir oğlunu və onunla əlbir olan "Azneft" İstehsalat Birliyində yardımçı fəhlə işləyən Yaşar Babayevi yaxalayıb.
Bu barədə "Report"a Təhlükəsizlik İdarəsindən bildirilib.
Məlumata görə, özünü SOCAR-ın Baş ofisinin əməkdaşı kimi qələmə verən E. Həsənov saxta vakansiya məlumatları əsasında müxtəlif şəxslərə, o cümlədən, Bağırov Nicat İdrak oğlu və Qarayev Elşən Tahir oğluna, onları şirkətin strukturlarında fəhlə kimi işə düzəltməyi təklif edib, bunun müqabilində həmin şəxslərin hər birindən 1 000 manat pul alıb. 
"Daha sonra aldatdığı şəxsləri SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin işçisi olduğuna inandırmaq istəyən E. Həsənov onlarla birlikdə Departamentə gələrək inzibati binaya daxil olmağa çalışıb. Burada özünü polis əməkdaşı kimi təqdim edən E.Həsənovun şübhəli hərəkətləri mühafizəçilərin diqqətini cəlb edib və onlar bayırda onu gözləyən şəxslərlə söhbət edərək fırıldağın üstünü açıblar. E.Həsənov, N.Bağırov və E.Qarayev Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Beləliklə, SOCAR-ın Təhlükəsizlik İdarəsi əməkdaşlarının sayıqlığı nəticəsində bu qəbildən növbəti  fırıldaqçılıq əməlinin qarşısı alınıb.
SOCAR-da işə qəbulu mərkəzləşdirilmiş qaydada Baş ofisin İnsan Resursları Departamenti müsabiqə əsasında həyata keçirir. Vakansiyalar barədə məlumatlar şirkətin rəsmi veb-səhifəsində yerləşdirilir, elan edilən vakansiya şərtlərinə uyğun bilik və bacarığı olan, müsahibə zamanı bunu nümayiş etdirən şəxslər işə qəbul olunur. Bir daha vətəndaşlara müraciət edərək, SOCAR-da işə qəbul olunmaq üçün hər hansı vasitəçilər tapmağa ehtiyac olmadığını bildirir və onları belə fırıldaqçıların toruna düşməməyə çağırırıq", - deyə məlumatda qeyd olunub. 
Pul alıb SOCAR-a işə düzəltmək vədi verən şəxslər yaxalanıb - FOTOPul alıb SOCAR-a işə düzəltmək vədi verən şəxslər yaxalanıb - FOTO

Sosial       Tarix: 26 avqust 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. " "a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-ni

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər 2026 xeberler metbuat xeberleri bu gunun xeberleri haqqinda melumat