Putin Əliyevlə görüşdən sonra bunu demədi – Sabiq nazirdən ŞOK
Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər.
KONKRET.az xəbər verir ki,V.Putin deyib ki, görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətinə də diqqət yetirilib.
"Vurğulayım ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək. Həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq", – Putin qeyd edib.
Bu çıxış Rusiyanın Bakı və İrəvan arasında vasitəçilik təklifi ilə çıxış etməsi kimi dəyərləndirilir.
Politoloq Tofiq Zülfüqarov Kremlin Bakı-İrəvan danışıqlarında yenidən vasitəçilik etmək istəməsi barədə deyilənlərlə razılaşmır:
"Əslində, Putin çıxışında vasitəçilik barədə fikir səsləndirmədi. Mən belə başa düşdüm ki, Rusiya öz siyasi nüfuzunu göstərməyə çalışır. Bu istiqamətdə də Putin sülhə nail olmaq üçün kömək etməyə hazır olduqlarını deyir. Hətta Rusiya delimitasiya, demarkasiya prosesi ilə bağlı arxiv sənədlərini təqdim etməyə də hazırdır.
Hesab edirəm, bu təkliflər vasitəçilik demək deyil. Bu, Rusiyanın indiki məqamda xoşniyyətli xidmətidir. Bunu ümumi mənada müsbət hal kimi qiymətləndirmək olar. Rusiya bu cür təkliflərlə Azərbaycan tərəfinin mövqeyini dəstəklədiyini bildirir.
Azərbaycanın mövqeyinə gəldikdə isə rəsmi Bakı birbaşa danışıqlarda maraqlıdır. Bizim üçün prioritet məsələ sülh müqaviləsinin qısa zamanda imzalanmasıdır"./Globalinfo.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar