Putin KTMT-dən hərbi yardım istəyəcək? - "O, yalnız Belarusun dəstəyinə arxayın ola bilər"
Məlum olduğu kimi, Ukrayna orudusu Rusiyanın Kursk vilayətində onlarla yaşayış məntəqəsini ələ keçirib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nizamnaməsinə uyğun olaraq üzv dövlətlər sözügedən ölkəyə hərbi yardım etməlidirlər. Bu də üçüncü tərəfin birbaşa müharibəyə daxil olması anlamına gələcək.
Maraqlıdır, KTMT-yə üzv dövlətlər (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan) Rusiyaya yardım edə bilərmi? Bu ehtimalın reallaşması nə dərəcədə gözləniləndir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov Belarusun Rusiyaya hərbi yardım edə biləcəyini bildirib:
"Artıq bir neçə gündür ki, Rusiyanın əraziləri Ukrayna tərəfindən ələ keçirilib. KTMT-nin nizamnaməsinə uyğun hərəkət edilsə, o zaman üzv dövlətlər Rusiyaya hərbi yardım etməli və Ukrayna ilə müharibəyə qoşulmalıdırlar. Açığı, bu, real görünmür. KTMT deyiləndə yada düşən ilk dövlət Rusiyadır. Söhbət əməli hərbi yardımdan gedirsə, yalnız Belarusun döyüşlərdə tərəf kimi iştirak edə biləcəyini təxmin etmək olar".
Bununla belə, ekspert Rusiyaya hərbi yardımın müharibədə ciddi dönüş yaradacağını düşünmür:
"Bilirik ki, Rusiya hərb meydanında təkcə Ukrayna ilə deyil, həmçinin onun müttəfiqləri – Qərb və NATO ilə müharibə aparır. Şimal qonşumuzun hərbi potensialı da az deyil. Ona görə də KTMT-nin bu müharibədə tərəf tutmağı proseslərə az təsir edəcək. Belarus belə bir addım ata bilər ki, o zaman da müharibə onların ərazisinə sıçrayacaq. Məsələn, Ukrayna bəzi qüvvələrini Belarusun ərazisinə yönləndirə bilər ki, bu da müharibənin coğrafiyasını genişləndirəcək. Müharibənin taleyi hərb meydanında deyil, masada həll olunacaq. Ona görə də tərəflər çalışır ki, siyasi müstəvidə daha güclü olsunlar".
Məlik Məlikov,
KONKRET.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar