Putin Mehriban Əliyevanı "Dostluq" ordeni ilə təltif edib - FOTO/VİDEO
Putin Mehriban Əliyevanı "Dostluq" ordeni ilə təltif edib - FOTO/VİDEO
Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya "Dostluq" ordenini təqdim edib.
RİA-nın məlumatına görə, Putin M.Əliyevaya dövlət mükafatını Novo-Oqaryovadakı iqamətgahında təqdim edib.
Putin bu mükafatın təqdim olunmasını məntiqli qərar adlandırıb:
"Bu mükafat təkcə bura gəldiyinizə və Azərbaycanın ən yüksək vəzifəli şəxslərindən biri olduğunuza görə deyil. Bu, işinizlə, fəaliyyətinizlə, dövlətlərarası münasibətləri bugünkü yüksək səviyyədə saxlamağınızla əlaqəlidir və biz bunu çox yüksək qiymətləndiririk".
Putin qeyd edib ki, ordenin adı Mehriban Əliyevanın Rusiya-Azərbaycan münasibətlərindəki rolunu göstərir.
Mehriban Əliyeva Putinin onu Rusiyanın əsl dostu adlandırmasını böyük şərəf kimi qiymətləndirib.
Путин вручил первой леди и первому вице-президенту Азербайджана Мехрибан Алиевой Орден Дружбы pic.twitter.com/hdc55vlMLx
— Кремлевский пул РИА (@Kremlinpool_RIA) November 22, 2019







Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı