Putin vətəndaşların Rusiya və Azərbaycan sərhədini keçməsi üçün mexanizm hazırlanmasını tapşırıb
Putin vətəndaşların Rusiya və Azərbaycan sərhədini keçməsi üçün mexanizm hazırlanmasını tapşırıb
Rusiya Prezidenti Vladimir Putin ölkənin müvafiq orqanlarına 31 maya qədər operativ şəkildə Azərbaycanın səlahiyyətli orqanları ilə iki dövlətin vətəndaşlarının koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər şəraitində Rusiya-Azərbaycan sərhədini keçməsi ilə bağlı mexanizm yaratmağı tapşırıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, V.Putin Dağıstan rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə görüşdən sonra belə bir tapşırıq verib. Tapşırığa əsasən, Rusiya Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Rospotrebnadzor Dağıstan Respublikası hökumətinin iştirakı ilə Azərbaycanın səlahiyyətli orqanları ilə iki ölkənin vətəndaşlarının Rusiya-Azərbaycan sərhədini keçməsi ilə bağlı mexanizm yaratmalıdırlar. Bu zaman Rusiya əhalisinin sanitar-epidemioloji sağlamlığının qorunması təmin edilməlidir. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb