"Putin yorulub, yaxşı görünmür..." - Trampdan ilginc açıqlamalar
ABŞ Prezidenti Donald Tramp yenə birmənalı qarşılanmayan açıqlamalarla çıxış edib.
KONKRET.az "AzPolitika"-yaistinadla xəbər verir ki, "Fox News" telekanalına yeni müsahibəsində Tramp Putinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə cümə axşamı Türkiyədə görüşməkdən imtina etməsi ilə bağlı sualı cavablandırarkən, könülsüz şəkildə Putini sülhə maneə adlandırıb.
Əvəzində, yenə Zelenskidən şikayətlənib: "Qulaq asın, Zelenski ilə çox çətin söhbətim oldu, çünki onun dediklərini bəyənmədim və o, bunu asanlaşdırmaq istəmədi. Və mən həmişə deyirdim ki, onun heç bir "kozırı" yoxdur, "kozırı" yoxdur, bilirsiniz, düzünü deyirəm".
Xüsusi elçisi Stiv Uitkoffu tərifləyən Tramp, buna baxmayaraq, məhz özünün Putinlə görüşünə ehtiyac olduğunu deyib: "Mən həmişə hiss etmişəm ki, mənsiz görüş ola bilməz, çünki(mənsiz) anlaşmanın olacağını düşünmürəm. Biz bir araya gəlməliyik və düşünürəm ki, yəqin ki, bunu planlaşdıracağıq, çünki başqalarının getməsindən, görüşməsindən və başqa şeylərdən yorulmuşam. Düşünürəm ki, Putin bütün bunlardan yorulub. O, yaxşı görünmür, o isə yaxşı görünmək istəyir. Unutmayın, bu bir həftəyə bitməli idi".
Eyni zamanda ABŞ Prezidenti Rusiyaya qarşı daha əvvəl tətbiq edə biləcəyi sanksiyaların tətbiqinin mümkünlüyündən də danışıb.
O, əlavə sanksiyaların müzakirə olunduğunu deyib:"Bunu həmişə ehtiyatımda saxlayıram. Lazım gələrsə, bundan istifadə edəcəyəm. Bundan istifadə etməməyə üstünlük verərdim. Yeri gəlmişkən, bu, çox vacibdir".
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir