Putin Zelenskiyə uşaq şeiri ilə cavab verdi - VİDEO
Putin Zelenskiyə uşaq şeiri ilə cavab verdi - VİDEO
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenkskiyə qaz haqqında verilən suala məşhur şair Sergey Mixalkovun uşaq şeiri ilə cavab verib.
Jurnalistlər Ukrayna Prezidentindən danışıqlar zamanı qaz məsələsinin müzakirə olunub-olunmadığını soruşublar, o isə ölkə liderlərinin, həqiqətən də, bu məsələni qaldırdıqlarını deyib.
"Biz bu barədə ikitərəfli görüşdə danışmışıq... Və müşavirlər səviyyəsində həcmi, formatı və qiyməti müzakirə olunacaq", - deyə Zelenski bildirib.
Bundan sonra mövzunu Rusiya lideri davam etdirərək, öz həmkarına qeyri-adi şəkildə cavab verib:
"Məşhur uşaq şeiri yadınızdadır: "A bizim mənzilimizdə qaz var. Bəs Sizin?" Sizin də var və olacaq. Və birgə və vicdanlı iş barədə razılaşa bilsək, ola bilsin ki, 25 faiz daha ucuz olsun", - deyə Putin vurğulayıb.
Xatırladaq ki, noyabrın 18-də Rusiya Ukraynaya qaz nəqli üzrə müqaviləni uzatmağı təklif edib, bu şərtlə ki, tərəflər qaz sektorundakı iddialardan imtina etsinlər. Kiyev "Qazprom"un təklifinin qəbuledilməz olduğunu söyləyərək, öz şərtlərinə görə sövdələşmə təklif ediblər. /oxu.az
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb