Putini necə durdurmaq olar? - FƏRDİ BAXIŞ
Putinin Ukraynadakı müharibəsinə Qərbin reaksiyası diqqətəlayiq olub. Amma bu kifayət deyildi. Ukrayna ordusunun müdafiə silahlarının təsirli şəkildə tədarükü, ölkənin güclü müqaviməti üçün dəstək olsa da, bunlar Rusiya prezidenti Vladimir Putinin mülki hədəflərə və şəhər mərkəzlərinə artan hava zərbələrini dayandıra bilmədi. Rusiyaya qarşı misli görünməmiş iqtisadi və maliyyə sanksiyaları, miqyas baxımından tarixi olsa da, Putini Ukrayna ilə amansız müharibəni genişləndirməkdən çəkindirməkdə səmərəsiz olduğunu sübut etdi. Gözlənilməz transatlantik və beynəlxalq birlik, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Putindən qoşunların çıxarılmasını tələb edən qətnaməsi də onu fikrindən daşındırmadı.
Putinin özünü onunla birlikdə səs verən dördlükdən (Belarus, Şimali Koreya, Eritreya və Suriya) ibarət bir cəbhəyə çevirməsinin əlaməti nədir? Dünyanın bir çox ölkəsi bu mənzərəyə baxmaqda davam edir. Onlardan 35-i BMT-də Rusiyanı pisləməkdən çəkinərək, Putinin çirkinliyinin onları bu beynəlxalq cinayətə qarşı çıxmağa məcbur etmədən keçəcəyinə ümid edirdi. ABŞ və bəzi beynəlxalq tərəfdaşlarımızın Çin prezidenti Si Cinpini Putinin döyüş maşınından öz dəstəyini geri çəkmək üçün utandırmaq cəhdləri də uğursuzluğa düçar oldu. Baxmayaraq ki, hazırda dünyanın heç bir ölkəsi insanların həyatını xilas etmək və müharibəni dayandırmaq üçün daha çox şey edə bilməz. ..
Pekin Qış Olimpiya Oyunları ərəfəsində Putinin müdaxiləsinə Xi yaşıl işıq yandırdı. Putinsə sövdələşməyə əsasən oyunlar bitənə qədər Ukraynanı işğal etmədi. Öz növbəsində, Xi Putindən heç bir halda uzaqlaşmaq istəmədiyi göstərdi. Sivil dünyanın Putinin işğalına cavab vermək üçün indiyə qədər etdikləri diqqətəlayiq birlik nümayişidir. Bayden administrasiyası Putinin planları ilə bağlı kəşfiyyat məlumatlarını erkən yaydığına görə təqdirəlayiqdir. Avropanın Putinə qarşı birgə hərəkəti onun Moskvaya yaxınlığı və Rusiya enerjisindən asılılığını nəzərə alanda, xüsusilə təsir edici görünür.
Həftə sonu Almaniya Rusiyanın revanşizminə qarşı əvvəlki iyirmi ildəkindən daha çox şey etdi. Ukraynaya silah satışına qoyulmuş qadağanı ləğv etdi, 2022-cil üçün müdafiə xərclərini ÜDM-in 2%-dən çoxuna çatdırdı və 112 milyard dollarlıq müdafiə xərcləri planını açıqladı. Bütün bunlar Putinin kursunu dəyişmək üçün kifayət etmirsə, yeganə məsuliyyətli seçim daha çox və daha tez etməkdir. Yəni daha çox sanksiyalar, daha çox hərbi dəstək və daha çox beynəlxalq birlik.
Bununsa iki yaxşı yolu var. Birincisi humanitar xarakter daşıyır: Putinin Ukrayna vətəndaşlarına qarşı amansız hücumları İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük qaçqın böhranına səbəb olub. İkincisi tarixi imperativdir: zorakı avtoritarizm və ya qanlı xaosa qlobal gələcəyi formalaşdırmağa imkan verə biləcək qlobal trayektoriyanın dəyişdirilməsi zərurəti.
ABŞ-ın keçmiş müdafiə naziri Robert Qeyts "Washington Post" qəzetində "Vladimir Putinin Ukraynaya təcavüzü tarixdə 30 illik Amerika tətilinə son qoydu"-başlıqlı yazısında deyir: "Birləşmiş Ştatlar İkinci Dünya Müharibəsindən sonra ilk dəfədir ki, iddia edilən ərazilər və təsir dairələri ilə birlikdə keçmiş şöhrətini geri qaytarmağa çalışan Avropa və Asiyada güclü, aqressiv bir rəqiblə üzləşir. Və bütün bunlar böyük dövlətlər arasında sülhü qoruyub saxlayan, əsasən ABŞ tərəfindən formalaşdırılmış beynəlxalq nizama ziddir. Bu dinc nizama qarşı Rusiya-Çin çağırışı bir neçə il ərzində inkişaf etmişdir. Putinin müharibəsi demokratik hökumətləri yeni bir dünyanın reallığına oyatmaq üçün lazım olan soyuq duş oldu. Bu dünyada bizim son strategiyamız, o cümlədən Asiyaya "dönmək" üçün tamamilə səmərəsizdir". Bu, çox şeyi aydınlaşdırır və bizi Putinin Ukrayna ilə müharibəsini bu cür düşünməyə sövq edir: təhlükəli epizod kimi yox, epoxal çağırış kimi.
Əgər belədirsə, nə etmək lazımdır? Atlantik Şurasının "Scowcroft" Strategiya və Təhlükəsizlik Mərkəzi otuz yeddi aparıcı milli təhlükəsizlik ekspertləri arasında sorğu keçirərək bəzi praktiki ideyalar irəli sürüb. Onlar variantları qiymətləndirdilər, hər birinin faydaları ilə eskalasiya riskini ölçüb-biçdilər. Bunlardan ən yaxşısı: Ukraynalıların artıq uğurla istifadə etdiyi pilotsuz təyyarələrin daha çox göndərilməsi, Putinin irəliləyişinin qarşısını almaq və yavaşlatmaq qabiliyyətini artırmaq üçün Ukraynada "hazır" elektron müharibə avadanlığı, o cümlədən peyk naviqasiyası və rabitə vasitələri ilə təmin etməkdir. Bundan əlavə, Rusiya təyyarələri və raketlərinə qarşı daha yaxşı müdafiə üçün daha çox yer əsaslı qısa mənzilli sistemlər təmin etməklə Ukraynanın qısa mənzilli hava hücumundan müdafiə üzrə kritik imkanlarını artırmaq lazımdır.
Bundan əlavə, mən Ukraynanın ən qərb bölgələri üzərində, Polşa, Slovakiya, Macarıstan və Rumıniya sərhədlərinə yaxın qismən uçuşa qadağa zonasının yaradılmasının tərəfdarıyam. ABŞ və NATO-nun bütün Ukrayna üzərində uçuşa qadağa zonasını niyə tərk etdiyini başa düşmək olar. Lakin Ukraynanın qərbində bu humanitar imperativdir və qərb hava bazalarına daha yaxın olduğu üçün hərbi cəhətdən də daha asandır. Bu, bizim Putinə qətiyyətimizi nümayiş etdirəcək. Eyni zamanda, Birləşmiş Ştatlar, Avropa və onların qlobal tərəfdaşları Rusiyaya qarşı çoxlu sanksiyalar əlavə etməlidirlər. Atlantik Şuradan Brian O"Toole və Daniel Friedin fikrincə, indiyə qədər sanksiyaların təsiri, "Rusiya maliyyə sisteminin və rublun çökməsi hökumətin ehtimal olunan defoltuna səbəb olub".
Bununla belə, Putinin qüvvələri hücuma davam etdikcə, O"Toole və Freed mümkün növbəti addımların siyahısını təklif edirlər: Putinin əlaltılarına və tabeliyində olanlara qarşı sanksiyaların genişləndirilməsi; sanksiyaların daha çox banklara və əsas şirkətlərə (Qazprombank, Rosselxozbank, Alfa-Bank, Sovcomflot, Rusiya Dəmir Yolları və almaz hasilatı şirkəti ALROSA tərəfindən təklif olunur) genişləndirilməsi. Və bununla, bütün Rusiya dövlət şirkətlərinə qarşı sanksiyalar tətbiq etməklə Rusiya hökumətinin təşəbbüslərinin qarşısını almaq. Əgər hər şey uğursuz olarsa, onda Rusiya ilə bütün əməliyyatları, ixracı və idxalı qadağan edəcək tam maliyyə embarqosu tətbiq edin. Əmin olan odur ki, Putinin qarşısını almaq üçün daha da güclü addımlar atılmayana qədər, eskalasiya davam edəcək.
MKİ-nin direktoru Uilyam Burns keçən həftə Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinə deyib: "Məncə, Putin hazırda qəzəbli və əsəbidir. O, yəqin ki, səylərini ikiqat artıracaq və mülki itkilərdən asılı olmayaraq Ukrayna ordusunu darmadağın etməyə çalışacaq". Bununla da Putin uduzacaq. O, heç vaxt Ukraynanı tam sakitləşdirə və işğal edə bilməz və bir vaxtlar gücünü və nüfuzunu bərpa etməkdə qərarlı olduğu Rusiyanın nəsillərinə ziyan vuracaq. Bununla da onun rəqibləri qalib gələcək, Ukrayna xilas olacaq.
Fereririk Kemp, "Atlantik council" Araşdırma mərkəzinin təsisçisi və icraçı katibi.
Tərcümə etdi: Lətif.A,
KONKRET.az

Mütəxəssislərdən xəbərdarlıq: Bu dəri əlaməti bağırsaq problemlərinin ilk siqnalı ola bilər
Yayda bu qidalar zəhərlənmə riskini artırır – Diqqətli olun
Saatına 1 000 manat alan psixoloqlar: Bu qiymətləri kim və necə təyin edir?
Ət bahalaşa bilər: AQTA-nın yeni tələbinə etiraz
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü
Kamilo Duran bu kluba transfer olundu - Rəsmi
Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
"Neftçi" Sloveniyada növbəti matçına çıxır
Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Azərbaycanda turizm canlanacaq: Yeni proqram sektorun problemlərini həll edəcək
Banklara gedənlər üçün vacib xəbər: Valyutaların alış-satış qiymətləri
Gənc aktyorun ürəyi dayandı
Azərbaycan nefti bahalaşdı