"Putinin döyüş maşınını dayandırın!" - Britaniya Rusiyadan dəmir və polad idxalını QADAĞAN ETDİ
Britaniya Rusiyadan dəmir və polad idxalını qadağan edib.
KONKRET.azXəbər verir ki, bu barədə Britaniya hökumətinin məlumatında deyilir.
Böyük Britaniya hökuməti Rusiya Federasiyasından dəmir və polad idxalını qadağan etmək qərarına gəlib. Məhdudiyyətlər kvant texnologiyaları və qabaqcıl materialların ixracına şamil edilir.
"Bugünkü elan sabah (14 aprel, cümə axşamı) parlamentdə dəmir-polad məmulatlarının idxalını, həmçinin kvant texnologiyalarının, qabaqcıl materialların və dəbdəbəli malların ixracını qadağan edən əsasnamənin qəbul edilməsindən əvvəldir", – deyə məlumatda deyilir.
Qeyd olunur ki, bu qərar "Putinin döyüş maşını" üçün əsas gəlir mənbələrinə yönəlib. Qadağa aprelin 14-dən etibarən qüvvəyə minəcək.
"Sabahdan (14 aprel – red.) biz Rusiyaya dəmir və poladının idxalını, həmçinin Putinin çox ehtiyac duyduğu kvant texnologiyalarının və qabaqcıl materialların ixracını qadağan edirik. Biz Putinin "müharibə maşını"nı dayandırmaq missiyamızda qərarlıyıq", – deyə Britaniyanın xarici işlər naziri Liz Trass vurğulayıb.
Xəbər verdiyimiz kimi, aprelin 8-də Aİ Rusiyaya qarşı avqust ayından kömürünün alınmasına və rus gəmilərinin Aİ limanlarına daxil olmasına qadağa qoyulmasını nəzərdə tutan beşinci sanksiyalar paketini təqdim edib. Belarus və Rusiyaya daşınmalar da qadağandır, lakin müəyyən mallar üçün istisnalar var.
Xuraman Etibarlı,
KONKRET.az

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti