Putinin məzun olduğu universitet Azərbaycanda açılır – Bu nə vəd edir?

Putinin məzun olduğu universitet Azərbaycanda açılır – Bu nə vəd edir?Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə apardığı müzakirələr içərisində Rusiya-Azərbaycan universitetinin yaradılması da olub. Belə ki, onun Sankt-Peterburq Universiteti bazasında təsis ediləcəyi düşünülür.
Xatırladaq ki, hüquq elmləri doktoru, professor İlham Rəhimov müsahibəsində bu mövzuda detalları açlıqlayıb. O, bildirib ki, universitetin yaradılmasında o da iştirak edəcək.
KONKRET.azxəbər verir ki, sözügedən universitetin tarixi, hazırkı statusu, bu günkü reallıqlarda bu təhsil müəssisənin diplomlarının beynəlxalq miqyasda tanınıb-tanınmadığı sual doğurur.
Rusiya-Azərbaycan universiteti hər iki ölkəyə nə vəd verir?
Mövzu ilə bağlı danışan təhsil eksperti Sona Əliyeva deyib ki, hazırda Rusiya-Azərbaycan münasibətləri ən yüksək strateji tərəfdaşlıq və əməkdaşlıq mərhələsinə yüksəlib:
"Ukrayna-Rusiya savaşı, eləcə də Qərb-Kreml çəkişmələri fonunda Bakı ilə Moskva arasındakı ikitərəfli əlaqələr bütün istiqamətlərdə boy göstərməkdədir. Təhsil sahəsində də iki ölkə arasında ciddi əməkdaşlıq əlaqələri və formatları mövcuddur. Düşünürəm ki, hansı universitetin bazası əsasında yaradılmasından asılı olmayaraq birgə universitet Azərbaycan və rus mədəniyyətlərinin qarşılıqlı tanıtımı baxımdan çox önəmlidir".
Sona Əliyevanın fikrincə, Sankt-Peterburq Universiteti Rusiyanın nüfuzlu təhsil ocaqlarından sayılır:
"Bir çox dövlət və hökumət adamları, tanınmış diplomatlar bu elm ocağının yetirməsidir. Universitetin tərkibinə 21 fakültə, 13 elmi-tədqiqat institutu, SPDU-nun Kanada kolleci, hərbi tədris fakültəsi və ümumuniversitet bədən tərbiyəsi və idman kafedrası daxildir. Universitetin yüksək beynəlxalq əlaqələri də mövcuddur və Koimbra qrupunun üzvüdür. Sovet İttifaqının qurucusu Vladimir Lenin də bu universitetinin məzunudur. Rusiyanın baş nazirləri Pyotr Stolypin və Dmitri Medvedev, hazırkı prezident və Rusiyanın keçmiş Baş naziri Vladimir Putin və Litvanın keçmiş prezidenti Dahl Gribauskaite də bu təhsil ocağından məzun olublar. Üstəlik, Universitetin səkkiz məzunu Nobel mükafatı laureatlarıdır.
Bu universitet həm Rusiya, həm də Azərbaycan elminə mühüm töhfələr vermək iqtidarındadır. Əgər pedaqoji struktur sağlam təməllər üzərində qurularsa, iki ölkənin yaratdığı universitet böyük nailiyyətlər əldə bilər"./Globalinfo.az

Siyasi       Tarix: 06 sentyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam az xeberler qarabag cəbhədən video novruz bayramı