"Putinin səbrinin də həddi var, qorxuram ki..." – ABŞ ordusunun zabiti
"Ukrayna Silahlı Qüvvələrinin Sevastopola endirdiyi zərbələr münaqişənin taleyini ciddi şəkildə dəyişə bilər".
KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ ordusunun təqaüddə olan zabiti və hərbi analitik Daniel Davis X (keçmiş Twitter) sosial şəbəkəsində yazıb.
"Putin ehtiyatlı olması və səbri ilə tanınır, lakin onun səbrinin də həddi var, qorxuram ki, bu, müharibənin qırılma nöqtəsi ola bilər", – Daniel Davis yazıb.
Ekspertin fikrincə, Qərb Rusiya ərazisinə zərbələr endirməklə böyük riskə gedir. O, eyni zamanda vurğulayıb ki, müharibənin Rusiya ərazilərində davam etdirilməsi əsk-effekt də verə bilər:
"Bütün riskləri nəzərə alanada hadisələrin bundan sonrakı inkişafını proqnozlaşdırmaq çətin görünür. Qorxuram ki, biz tezliklə yanıldığımızı anlayaq", – Devis yekunlaşdırıb.
Xatırladaq ki, iyunun 23-də Ukrayna Silahlı Qüvvələri ABŞ-yə məxsus 5 ATACMS raketi ilə Sevastopola hücum edib və bu, dinc sakinlər arasında çoxsaylı itkilərə səbəb olub. Hücum nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Son məlumata görə, 151-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 82-si tibb müəssisələrinə göndərilib.
Orxan HƏSƏNLİ,
KONKRET.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı