Putinin yeni planı: Bakıya buna görə gəlibmiş
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri Şimal-Cənub nəqliyyat dəhlizinin genişlənməsi imkanlarını müzakirə etmək idi. Qərbin sərt sanksiyaları ilə üzləşən Rusiya üçün Asiya bazarına çıxış önəmlidir. Azərbaycan üçün də Şimal-Cənub dəhlizinin işlək vəziyyətdə olması əhəmiyyətlidir. Ancaq bu xəttin tam gücü ilə işləməsi İran və Hindistandan da asılıdır.
KONKRET.azxəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə xatırladılır ki, bu ilin mayında Hindistanla İran arasında Çabahar limanının icarəyə verilməsi haqda sənəd imzalanıb:
"Sənədə əsasən, 10 ildən sonra razılaşma yenilənəcək və limanın idarəçiliyi Hindistanda qalacaq. Çabahar İranın Hind okeanına çıxışı olan yeganə böyük limanıdır. Limanı icarəyə götürməklə Hindistan Orta Asiya və Əfqanıstanla ticarət əlaqələri qurmaq istəyir. Bundan başqa, Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahara, oradan da Hindistanın Mumbay limanına çatdırılmalıdır. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdıracaq.
Ekspertlər Çabaharı Pakistanın Kəraçi və Qvadar limanlarından yan keçməklə, Hindistanın Mərkəzi Asiya bazarlarına çıxışı üçün strateji fürsət kimi dəyərləndirirlər. Enerji təchizatının təmin edilməsi, ticarətin genişləndirilməsi, yeni bazarlar və resurslara çıxış və mineral sərvətlərdən istifadə Hindistan üçün əhəmiyyətlidir. Tərəflərin əlaqəni yaxşılaşdırmaq niyyəti nəticəsində 20 konteynerdən ibarət ilk qatar bu ilin avqustun 1-də Bəndər Abbasdan Özbəkistanın Çukursayi stansiyasına yola salınıb. Ümumilikdə Çabahar fəaliyyətə başlayandan bəri Hindistan bu liman vasitəsilə 90 000-dən çox konteyner və 8.4 milyon ton yük daşınıb".
Mərkəzin ekspertləri bildirirlər ki, dəhlizin işə düşməsindən sonra Hindistanın Mərkəzi Asiyaya ixracında artım müşahidə olunur:
"Beləliklə, nəqliyyat yolları və bazarlar uğrunda mübarizədə Hindistanla Çin arasında rəqabət güclənib. İki dövlət yüksək texnologiyalar sahəsində də rəqabət aparırlar. Hindistanın Mumbay şəhərindəki "Tata Fundamental" Tədqiqatlar İnstitutunda ilk kiçikmiqyaslı kvant kompüteri tamamlanmaq üzrədir. Bu layihə Hindistan üçün kvant texnologiyasının inkişafında xüsusi əhəmiyyət kəsb edir".

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar