Qadının gözlərini çıxarıb yedi - VİDEO

Qadının gözlərini çıxarıb yedi - VİDEOQadının gözlərini çıxarıb yedi - VİDEO
Şizofreniyadan əziyyət çəkən qadın xəstəxanada başqa bir xəstənin gözlərini çıxarıb.
"Haber Global"ın məlumatına görə, dəhşətli hadisə Türkiyənin Adana şəhərində baş verib.
Hücum edən qadın zərərçəkənin onu söydüyünü iddia edib.
Məlumata görə, bəzi səslər eşitdiyini iddia edən 56 yaşlı Sultan Güner əri Mehmet Güner tərəfindən Adanada "Dr. Əkrəm Tok Ruhi və Nevroloji Xəstəliklər Xəstəxanası"na gətirilib. Müayinədən sonra onun tibbi müəssisəyə yerləşdirilməsi qərarına gəlinib.
Təqribən bir həftədən sonra qadın televiziyaya baxmaq üçün ümumi salona keçib. Orada olan N.K. onu söydüyü iddiası ilə Sultan Günerə hücum edib və qadını yerə yıxaraq gözlərini çıxarıb. Sonra isə otaqdan çıxıb. Bu vaxt tibb işçisi onu görüb, əllərinin və üzünün niyə qanlı olduğunu soruşub. N.K. isə burnunun qanadığını deyib.
Tibb bacısı sonra salona keçəndə döşəmədə bir qadının qan içində olduğunu görüb. Dərhal həkimlərə xəbər verilib. Yaralı qadın əvvəlcə Seyhan Dövlət Xəstəxanasına, sonra da Adana Şəhər Xəstəxanasına aparılıb. Qadının iki gözünün də oyularaq çıxarıldığı məlum olub.
Hadisə yerinə gələn polislər psixoloqların müşayiəti ilə şizofreniya xəstəsi N.K.-nın ifadəsini alıb. Qadın ifadəsində "Məni söydü, mən də iki gözünü də çıxarıb yedim", - deyib.
Şizofreniya xəstəsi olduğu üçün N.K. həbs olunmayıb. Onun xəstəxanada qalmasına qərar verilib.
Gözlərini itirən Sultan Günerin isə xəstəxanada müalicəsi davam etdirilir. Onun ailəsi hüquqi prosedura başlayıb. Həm N.K.-dan, həm də xəstəxanadan məhkəməyə şikayət edilib.
Hadisə ilə əlaqədar xəstəxananın baş həkiminin müavini, sağlamlıq xidmətindən məsul və təhlükəsizlik işlərinə cavabdeh olan şəxslər, mütəxəssis həkim və üç tibb bacısı vəzifəsindən uzaqlaşdırılıb.

/oxu.az

Maraqlı       Tarix: 06 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber az sonxeber axsam.az xeberler azerbaycanda son xeberler