Qadınlar üçün ən vacib hormonal analizlər - Mütləq yoxladın
Qadınlarda fiziki, psixiloji. hormonal problemlərdə əsas müayinələrdən biri də qalxanvari vəzin fəaliyyətinin yoxlanmasıdır.
KONKRET.az xəbər verir ki, qalxanvari vəz 3 əsas hormonla orqanizmdə 30-dan çox funksiyanı tənzimləyir.
Bunlar TSH, T3 və T4 -dır.
Bu analizlərin nəticələrində normadan kənaraçıxmalar qalxanvari vəzidə olan pozulmalardan xəbər verir. Lazım olduqda diaqnozun dəqiqləşdirilməsi üçün bu analizlərdən əlavə xəstəyə qalxanvari vəzinin USM, MRT və digər analizlər təyin edilə bilər.
Hansı hallarda bu analizlər təyin edilir:
– hipotireozun diaqnostikası
– ZOB xəstəliyi zamanı
– uşaqlarda əqli və ya fiziki inkişafın ləngiməsi zamanı,
– ürək ritminin pozulmaları zamanı,
– qadınlarda menstrual funksiyasının pozulmaları zamanı (menstruasiyaların qeyri-müntəzəm olması, menstruasiyaların olmaması),
– sonsuzluqla bağlı müayinələr zamanı.
– Kökəlmə, arıqlama, tüklənmə, bədəndə və üzdə dəyişikliklər
Hər hansı səbəblərə görə qanda qalxanvari vəzi hormonlarının səviyyəsi düşdükdə, hipofiz TSH-in sintezini artırır ki, bu hormonun təsirindən qalxanvari vəzi hormonların ifrazı da artsın. Əksinə isə qalxanvari vəzi hormonların səviyyəsi qalxdıqda, hipofiz TSH-un sintezini azaldır ki, qalxanvari vəzi hormonların da sintezi azalsın.
T3 və T4 ümumi və sərbəst olur.
Sərbəst T3 və T4 hormonların səviyyəsi qalxanvari vəzi fəaliyyətinin real vəziyyətini əks etdirir. Bu səbəbdən adətən xəstələrə məhz bu hormonların analizi təyin olunur.
Analiz sübh tezdən (gecə yuxusu normal olmalıdır) acqarına verilir. Analiz verdikdən 20-30 dəqiqə əvvəl xəstə tam sakit olmalıdır.
Qalxanvari vəzi fəaliyyətinin azalması (hipotireoz) zamanı T3 və T4 normada və ya normadan aşağı olur, TSH isə artmış olur.
Qalxanvari vəzi fəaliyyətinin artması (hipertireoz) zamanı T3 və T4 artır, TSH isə düşür. (Medicina.az)

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi