Qadınların ən sevimli gözəllik prosedurunun təhlükələri

Qadınların ən sevimli gözəllik prosedurunun təhlükələriQadınların ən sevimli gözəllik prosedurunun təhlükələri
Uzun müddət gel lak istifadə etmək dırnaqları köhnəldir. Bu səbəbdən onun dırnaqlarda qalma müddəti üç həftədən çox olmamalıdır.
Bu barədə rusiyalı dermatoveneroloq Svetlana Vorojhbit xəbərdarlıq edib.
Onun sözlərinə görə, gel lakların tərkibində formaldehid, formaldehid qətranları, konservantlar, metakril turşusu və onun törəmələri - metakrilatlar, həmçinin piqmentlər, doldurucular və digər əlavələr ola bilər.
"Bəzi hallarda bu maddələr allergik reaksiya, kontakt dermatit və ekzemaya səbəb ola bilər. Baza, rəng və üst qatlarda olan kimyəvi maddələrlə uzunmüddətli təmas dırnaqları nazikləşdirir. Onlar kövrək olurlar və daha tez-tez qırılırlar. Bundan əlavə, dırnaqlarda təbəqələşmə və ağ ləkələr yarana bilər", - deyə həkim izah edib.
Mütəxəssis qeyd etdi ki, əgər gel boya kutikula (dırnaq əti) altına tətbiq olunsa bu təhlükəli ola bilər.
"Kutikula və ya ətraf toxumalar zədələndikdə həmin nahiyələrə göbələk və bakterial infeksiyalar nüfuz edə bilər", - deyə o vurğulayıb.
Həkim eyni zamanda gel lakı çıxarmaq üçün istifadə olunan mayelərin təhlükəsindən danışıb. Bildirilir ki, onların tərkibi aqressiv həlledicilərdən, xüsusən də asetondan ibarətdir. Bu da təkcə örtüyə deyil, həm də dırnaq mayasına və dəriyə təsir edir, onları qurudur, çatlara səbəb olur.
"Dırnaqlarınızı zədələməmək üçün manikür ustasından baza qatını saxlamağı xahiş edə bilərsiniz. Həm də təcrübəli usta seçməyə çalışın", - deyə həkim sözlərini yekunlaşdırıb.
Mənbə: Gazeta.ru / oxu.az

Maraqlı       Tarix: 04 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber az xeberlər maraqlı xəbərlər sonxeber