Qarabağ və "Aland adaları modeli" - Finlandiyalı ekspert Yohan Bekman fikirlərini bölüşür

Qarabağ və "Aland adaları modeli" - Finlandiyalı ekspert Yohan Bekman fikirlərini bölüşürQarabağ və "Aland adaları modeli" - Finlandiyalı ekspert Yohan Bekman fikirlərini bölüşür
Qarabağ üzrə kompromis – o, necə ola bilər? Bir çox ekspertlər "Aland modeli"ni göstərirlər. Müzakirələr uzun illərdir davam edir. Lakin erməni tərəfi hətta muxtariyyətin mümkünlüyünü də rədd edir. İsveçlilər Finlandiyanın tərkibində Aland adalarında muxtariyyət qazandı, ölkədə sülh və sabitlik oldu. 
Bu model Cənubi Qafqazdakı münaqişələrin həllinə uyğundurmu? 
Media.Az bu məsələ ilə bağlı finlandiyalı ictimai xadim, ictimai-siyasi elmlər doktoru Yohan Bekmanla danışıb. 
- Bəzi xarici mütəxəssislər tez-tez "Aland adaları modeli"ni Cənubi Qafqazdakı münaqişənin həlli nümunəsi kimi göstərirlər.
- Belə deyərdim ki, "Aland modeli" Finlandiya və finlər üçün uğurlu variant idi. Aland adaları Finlandiya Respublikasının tərkibində qalıb. Üstəlik, onların muxtariyyəti var, öz parlamentləri var, rəsmi dili də İsveç dilidir.
Aland adalarının sakinləri hərbi xidmətdən azaddırlar. Ümumilikdə, bu ərazi demilitarizasiya edilib. Aland adaları, həqiqətən də, münaqişələrin sülh yolu ilə həlli üçün nümunədir. Bu ərazinin sakinləri İsveçə birləşmək istəyirdilər, onları isveçli separatçılar da adlandırmaq olardı. Ancaq (separatçılar – red.) plan baş tutmadı. İndi onlar başa düşürlər ki, Finlandiyanın tərkibində yaşamaq daha yaxşıdır. 
Aland adaları sülh ərazisidir. Demilitarizasiya faktı çox vacibdir. Son onillikdə Aland adaları ətrafında heç bir problem olmayıb. 
- 13 il əvvəl mən Aland adalarında olmuşam. Orada "Oland" qəzetinin redaksiyasında mənə dedilər ki, Aland adalarında belə bir qanun var: əgər yanılmıramsa, bu ərazidə yaşayan finlərin sayı ümumi əhalinin sayından 5 faizdən çox ola bilməz. Qarabağ münaqişəsinin həlli üçün belə bir şərt yolverilməzdir.
- Xeyr, bu, anlaşılmazlıqdır. Finlandiyanın bütün sakinləri finlərdir. Milliyyətçiliyə əhəmiyyət vermirik. Aland adalarının sakinləri də Finlandiya vətəndaşlarıdır və demək, finlərdir. 
- Ancaq isveçli milliyyətçilər...
- Mən yenə qeyd etmək istərdim: keçmiş SSRİ ölkələrindən fərqli olaraq, bizdə milliyyətçilik göstərilmir. Biz hamımız finlərik. Heç bir reyster milliyyətçiliyi göstərmir. Yeganə göstərici doğma dildir. O, fin, İsveç və ya digər dil ola bilər. Bu, hansısa sənəddə özünü göstərə bilər. 
Aland adalarının sakinləri üçün ayrı pasport yoxdur, onlar Finlandiya vətəndaşlarıdır. Bura isveçdilli, öz büdcəsi, qanunu, muxtariyyəti, hökuməti, bayrağı və gerbi olan Finlandiya quberniyasıdır. Finlandiya parlamentində Aland adalarının nümayəndəsinin iştirakı məcburidir.
Aland adalarının demilitarizasiyasının isə qədim tarixi var, bu, XIX əsrin ortalarında Krım döyüşləri vaxtına gedib çıxır. O zaman Aland adaları Rusiyaya məxsus idi. 
- "Aland adaları modeli"nin Cənubi Qafqazdakı, o cümlədən, Qarabağ münaqişəsinə uyğunluğu ilə bağlı nə deyə bilərsiniz?
- Mən bununla bağlı heç nə deyə bilmərəm. Mənə elə gəlir ki, beynəlxalq konfrans keçirib vəziyyəti analiz etmək, ekspert fikirlərini dinləmək olar. /oxu.az

Siyasi       Tarix: 11 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezenesi sonxabar az xeber en son xəbərlər bugün