Qarabağda keçiriləcək turlar üzrə ilk bələdçilər artıq hazırdır - RƏSMİ + VİDEO

Qarabağda keçiriləcək turlar üzrə ilk bələdçilər artıq hazırdır - RƏSMİ + VİDEOQarabağda keçiriləcək turlar üzrə ilk bələdçilər artıq hazırdır - RƏSMİ + VİDEO
"Dağlıq Qarabağda həyata keçiriləcək turların peşəkar səviyyədə təşkil edilməsi üçün Qarabağ üzrə ilk bələdçilər hazırlanır. Artıq, ilk 25 nəfər üçün təlimlər keçməyə başlamışıq".
Bu sözləri Oxu.Az-a açıqlamasında Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı böyük bərpa və inkişaf prosesinin tərkib hissəsi olacaq:
"Turizmin bu ərazilərdə inkişaf etdirilməsi bir neçə qabaqlayıcı tədbirlərdən asılıdır: Təhlükəsizliyin təmin edilməsi, əhalinin qayıdışı, yaşayışın bərpası və infrastrukturun qurulması, bütün bunlara paralel olaraq turizm məhsulları yaradılaraq həm daxili, həm də xarici turistlərə təqdim ediləcək. İlk növbədə daxili turizm, bununla yanaşı ziyarət turizmi də inkişaf etdiriləcək. Müvafiq infrastruktur qurulduqdan və turizm məhsulları hazırlandıqdan sonra artıq istirahət turizmindən də danışmaq olar.
Azərbaycan vətəndaşları ilə yanaşı xaricilər üçün də yeni destinasiya istiqaməti sayılan Qarabağ turistləri cəlb edəcək. Bu prosesə artıq start verilib. Qarabağın təqdimatı beynəlxalq platformalarda aparılır və artıq bu destinasiyaya maraq çox böyükdür.
Bu torpaqlar turistlər üçün faktiki olaraq 30 il qapalı qalıb. Ermənilər ərazilərimizdə özlərinin qeyri-qanuni marşrutlarını quraraq, beynəlxalq aktları pozaraq turistləri cəlb etmək istəyirdilər və müəyyən dərəcədə bunu bacarırdılar.
Ümumdünya Turizm Təşkilatının xüsusi qərarına əsasən münaqişə zonaları, işğal altında olan torpaqlarla bağlı təbliğat aparmaq qadağandır. Biz də bütün beynəlxalq platformalardan bunun qarşısını alırdıq".
Sektor müdiri əlavə edib ki, müəyyən qabaqlayıcı tədbirlər görüləndən sonra həm daxili, həm də xarici turistlər bu ərazilərə səfər edə bilərlər:
"Ərazilərimizə maraq isə çox böyükdür. Həmin torpaqların turizm potensialı çox zəngindir. Biz artıq ümumi Qarabağ regionunun potensialını araşdırır və dəyərləndirmələr aparırıq. Sadaladığımız komponentlər təmin edildikdən sonra, yerində araşdırılma aparılmalıdır. Biz həmin əraziləri tam öyrəndikdən sonra müvafiq olaraq hansısa planlar qura bilərik.
Artıq Qarabağ üzrə bələdçilər hazırlamağa başlamışıq. Dağlıq Qarabağda həyata keçiriləcək turların peşəkar səviyyədə təşkil edilməsi üçün Qarabağ üzrə ilk bələdçilər hazırlanır. Artıq, ilk 25 nəfər üçün təlimlər keçməyə başlamışıq. Azərbaycanda fəaliyyət göstərən bələdçilərin çoxu 20-40 yaş arasındadır ki, onlar Qarabağı görübsə də artıq nələrisə unudublar və ya heç buralara bələd deyillər. Qarabağı tanıyan şəxslər hekayələri bərpa edərək bu torpaqları gələcəkdə tanıdacaq bələdçilər üçün indi seminar və vebinarlar keçirilir. Bilirik ki, turizm qonaqpərvərliyin peşəkarlığı deməkdir. Artıq peşəkar səviyyədə qonaqpərvərliyimizi nümayiş etdirmək üçün bələdçilərimiz hazırdır".
K.Quluzadə qeyd edib ki, Turizm Agentliyi tərəfindən tanıtım çarxları hazırlanır və artıq ilk tanıtım çarxları Qubadlı, Zəngilan haqqında nümayiş olunub, növbəti dövrdə isə Şuşa, daha sonra Kəlbəcər, Ağdam və s. işğaldan azad edilmiş regionlarda gəzməli-görməli yerlər haqqında tanıtım çarxları hazırlanacaq:
"Qarabağın mədəniyyəti, irsi, təbiəti imkan verir ki, bu əraziləri çox uğurlu bir destinasiyaya çevirərək ilk növbədə daxili turistlərə, daha sonra isə xarici turistlərə və bütün dünyaya Qarabağımızı daha yaxından tanıdaq".      

Nigar Məmmədova

Turizm       Tarix: 30 noyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az bu gun cəbhədən ən son xəbər cəbhədən ən son xəbərlər maliyye xeberler bugun