Qarabağda yeni mərhələ: İrəvanın öz, Bakının öz planı var - ƏTRAFLI

Qarabağda yeni mərhələ: İrəvanın öz, Bakının öz planı var - ƏTRAFLIPaşinyanın açıqlamaları Qarabağ ətrafında yeni mərhələnin başlandığı göstərir: bu mərhələdə İrəvanın öz, Bakının öz planları var;
Birincisi, erməni baş nazir Azərbaycana qarşı ərazi iddialarının olmadığını, Qarabağ məsələsinin ərazi yox, hüquqi məsələ olduğunu deyir;
İkincisi, "status" məsələsinin arxa plana keçdiyini, Qarabağdakı ermənilərin təhlükəsizlik və hüquqlarının təmin edilməsinin prioritet olduğunu elan edir;
Bununla Ermənistan yeni mərhələnin başlandığını elan edir: Brüssel razılaşması, Əliyev və Paşinyanın açıqlamaları da prosesin İrəvanın ərazi bütövlüyünün tanınması və ərazi iddialarından imtina edilməsini nəzərdə tutan baza prinsiplərini qəbul etdiyi yönündə getdiyi deməkdir; lakin İrəvan "hüquqi məsələ" adı ilə Qarabağa iddiasından tam əl çəkmir;
Ermənistan hakimiyyəti anlayır ki:
– Azərbaycanın ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan sülh sazişinin imzalanmaması ölkənin regionda siyasi-iqtisadi gələcəyini təhlükəyə atır;
– Sülh sazişi ilə Qarabağdan imtina edilməsi də erməni cəmiyyətində və diasporda ciddi reaksiya doğuracaq;
Bu baxımdan, "hüquqi məsələ" tezisini irəli sürür, Bakının "qırmızı xətti" olan "status"u "hüquq və təhlükəsizliyin təminatı" ilə əvəzləyir, ərazi bütövlüyünü tanısa da, Qarabağdan imtina etmədiklərini göstərir.
Hərçənd, bu, təkcə daxili ictimai rəyə hesablamış fikir yox, həm də İrəvanın sülh sazişini imzalasa da, Qarabağ iddiasını davam etdirə biləcəyi də deməkdir və bunun üçün xüsusilə "etnik münaqişə" kartına oynaya bilərlər.
a) Qarabağdakı ermənilərin Azərbaycanın idarəçiliyi altında yaşamasının "təhlükəli" olduğunu sübut etmək üçün təxribatlara əl atacaqlar: Norayr Mirzoyan hadisəsinə bənzər addımlar atıla, birgəyaşayışın mümkün olmadığını "əks etdirən" gedişlər edə bilərlər;
b) Beynəlxalq ictimaiyyətdə Qarabağ ermənilərinin "öz müqəddəratını təyin etmə" hüququnun təbliğatı üçün kampaniyaya başlaya bilərlər: bu kampaniya eyni zamanda Azərbaycanda "demorkatiya və insan haqları" üzərindən də qurulacaq və "öz vətəndaşlarının hüququnu pozan Azərbaycan hakimiyyəti ermənilərin hüququnu qoruya bilməz" tezisini inkişaf etdirəcəklər;
c) Paşinyan istəməsə belə, erməni diasporunun və daxili abu-havanın təsiri belə risklərin olacağı ehtimalını istisna etmir;
Beləliklə, Ermənistan "statusu" "hüquqi məsələ" üzərindən sonraya saxlayır.
Bakı İrəvanın niyyətini anlayır, lakin bu prosesdə öz planı və əldə edəcəyi nəticələr var:
Birincisi, Paşinyanın Qarabağı "hüquqi məsələ" elan etməsi məsələnin Azərbaycanın daxili işi olduğu reallığının qəbul edilməsi deməkdir;
İkincisi, sülh sazişinin imzalanması və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə Qarabağın "daxili məsələmiz" olduğu reallığı de-yure təsdiq olunur;
Üçüncüsü, Qarabağdakı ermənilərin "təhlükəsizliyi və hüquqlarının təmin edilməsi" sözünü verən Bakının əsas tələbi separatizmin ləğvi olacaq, çünki erməni əhalisinin hüququ separatizmin mövcudluğu demək deyil: separatçı-terrorçular bölgədən çıxarılmalıdır, əks təqdirdə neytrallaşdırılması istiqamətində addımlar atılacaq;
Dördüncüsü, Ermənistanın Qarabağda tərəf kimi sıradan çıxması Rusiyanın manevr imkanlarını azaldacaq: rusların Donbas, yaxud Abxaziyadan fərqli olaraq, Qarabağdakı separatizmin inkişafı imkanları daha zəifdir və Bakı ərazi bütövlüyü, eləcə də Moskva ilə imzalanan bəyannaməyə əsaslanaraq, separatizmin ləğvinə nail olmaq istiqamətində addımlar atacaq;
Beşincisi, Bakı Rusiya və Qərb masasında ərazi bütövlüyünün əsas olduğu razılaşmalara nail olub və bu, Qarabağa tamamilə nəzarət üçün hüquqi bazanı gücləndirir;
Altıncısı, Azərbaycanın bölgədəki hərbi mövqelər baxımından üstünlüyü hüquqi razılaşmaların icrasına alternativ imkanlarını zəiflədir;
Baş verənlər cari dövrdə Qarabağda maraqlı proseslərin olacağı gözləntisini də artırır. /konkret.az

Siyasi       Tarix: 14 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler 2026 son xeberler azerbaycan son xabar kriminal bugun