Qarabağdan çıxan Rusiya hərbçiləri ilə bağlı YENİ XƏBƏR – "Dağıstandadırlar, Ukraynaya gedəcəklər"
Qarabağdan çıxarılan Rusiya sülhməramlı kontingenti ilə bağlı yeni xəbər var.
KONKRET.az Rusiya mətbuatına istinadla xəbər verir ki, sözügedən hərbi kontingentə yeni tapşırıq verilib və onların Ukrayna cəbhəsinə göndəriləcəyi ehtimalı böyükdür.
Rusiyanın nüfuzlu pravda.ru saytı bununla bağlı aşağıdakıları yazıb:
"Əldə edilən məlumata görə, 2020-ci ilin payızından Dağlıq Qarabağda olan sülhməramlı kontingent bu həftədən etibarən geri çəkilməyə başlayıb. Kontingent 2 minə yaxın əsgərdən ibarət idi. Ağır texnikası olan hərbçilər dəmir yolu ilə Azərbaycan sərhədindən Dağıstana daşınır. Qərb mediası artıq onlarla kifayət qədər yeni BTR-82A zirehli transportyorlarının da daxil olduğu bu kontingentin tam qüvvə ilə Ukraynaya gedəcəyindən ehtiyat edir. Rusiyalı analitiklər artıq qeyd ediblər ki, bu, RF Silahlı Qüvvələri üçün yaxşı ehtiyat olacaq".
Natiq Səlim,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi