Qarabağdan gedənlərə qaçqın statusu verilə bilməz - SƏBƏB BUDUR

Qarabağdan gedənlərə qaçqın statusu verilə bilməz - SƏBƏB BUDUR</p> 
 <p>Cari ilin 19-20 sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri ilə Qarabağdakı qondarma qurumun mövcudluğuna tamamilə son qoyuldu və suverenliyimiz tam bərpa edildi. Lakin Azərbaycan Qarabağda yaşayan etnik ermənilərə reinteqrasiya üçün dəfərlərlə müraciət etsə də, onlar Ermənistan, Rusiya və digər ölkələrə üz tutmağı daha məqbul hesab etdilər. Ancaq Ermənistan və havadarları həmin ermənilərin mövcud vəziyyətini həll etmək əvəzinə, onlar üzərindən Azərbaycana qarşı qarayaxma kampaniyasına start verdilər. Xüsusən də etnik ermənilər üzərindən qaçqın və məcburi köçkün problemi qabardılaraq, gələcəkdə məkrli planlarını davam etdirmək üçün zəmin hazırlayırlar. Halbuki həmin ermənilər Ermənistan və Rusiya vətəndaşlarıdır, dolayısı ilə nə qaçqın, nə də məcburi köçkündürlər. Üstəlik, Azərbaycan nəinki onları qovmayıb, hətta qanunlar çərçivəsində daha yaxşı yaşayış təklif edib.
KONKRET.az-a mövzu ilə bağlı fikirlərini açıqlayan siyasi elmlər doktoru Nazim Cəfərsoy bildirib ki, Qarabağdan köçən ermənilərin statusu ilə bağlı müzakirələrdə 3 əsas məqam önə çıxır:
– Bunlardan birincisi, oradakı ermənilərin hansı ölkənin vətəndaşı olması məsələsidir. Maraqlıdır ki, Qarabağdakı ermənilərin böyük çoxluğunu xarici ölkə vətəndaşları təşkil edir. Bu çərçivədə Ermənistanın adı xüsusilə qeyd edilməlidir. Çox az qisimdə digər ölkələrin adı çəkilə bilər ki, onlar da xarici ölkə vətəndaşıdır. Xarici ölkə vətəndaşlarının başqa xarici ölkədə qalmasının müxtəlif beynəlxalq parametrləri var.
Məsələn, biz Rusiyaya getsək, bir türk oradan Azərbaycana gəlsə və yaxud bir erməni Fransaya getsə, orada beynəlxalq hüquqla tənzimlənən əsas prinsiplərə əməl etməlidir. Yəni oradakı milli hüquq qaydalarını və ona tanınan öhdəlikləri qəbul etməlidir. Dolayısı ilə bunun içərisində miqrasiya, giriş və qalma ilə bağlı standartlar var. Bir sözlə, bu istiqamətdə müxtəlif parametrlər mövcuddur. Ancaq Qarabağa yerləşən, Ermənistan vətəndaşı olan və Ermənistan vətəndaşlığını qəbul edən ermənilər beynəlxalq hüquqla Azərbaycanın ərazisi sayılan Qarabağda beynəlxalq və Azərbaycan hüququnun heç bir parametrinə uyğun məskunlaşmayıblar. Qarabağ Azərbaycanın işğal edilən bölgəsi olub, orada qalma ilə bağlı məsələlər beynəlxalq hüquqa və Azərbaycanın suverenliyini tanıyan qayda-qanunlara zidd şəkildə həyata keçirilib. Dolayısı ilə onların orada yerləşməsi birinci növbədə özü qanunsuzdur və buna görə da orada yaşayan insanların Ermənistana getməsi də beynəlxalq hüquq baxımdan heç bir öhdəlik yaratmır.
– Nazim müəllim, digər məqam onların keçmiş qondarma rejimin pasportuna malik olmasıdır. Bu "sənəd" də qeyri-leqal olduğu üçün onlar məcburən digər ölkələrin pasportunu əldə etmişdilər. Bu məqamı necə dəyərləndirmək olar?
– Əlbəttə ki, onların bir hissəsi (saylarını tam müəyyənləşdirmək mümkün deyil – N.C.) qondarma qurumun hansısa qanunsuz sənədini alıb və bu da beynəlxaq hüquq baxımdan heç bir öhdəlik yarada bilmir. Yəni qondarma qurumun verdiyi sənəd heç vaxt qanuni sənəd kimi qəbul edilə bilməz.
– Bu hüquq necə tənzimlənir?
-1992-ci ildən bu yana beynəlxaq hüququn bu istiqamətdə qərarları, müxtəlif tənzimləmələri var. O tənzimləmələrə görə, işğal edilən bölgəyə başqa bir ölkə əhali gətirib yerləşdirə bilməz. Orada 1991-ci ildən bu yana erməni işğalı gerçəkləşdirilməsi ilə paralel olaraq müxtəlif ölkələrdən ermənilər yerləşdirilib. Livandan, Suriyadan və müxtəlif ərəb ölkələrindən, yaxud da Ermənistanın özündən ora gətirilib, qanunsuz yerləşdirilənlər olub. Bu da beynəlxaq hüquq tərəfindən qadağan edilən məqamlardandır. Dolayısı ilə qanunsuz şəkildə yerləşən insanların oradan təkrar köçməsi ilə bağlı bir öhdəliyin yaranması da mümkün görünmür ki, bu da başqa bir məqamdır.
– Bəs qaçqınlıq statusu hansı halda işə düşür?
– Azərbaycan onların orada qalması ilə bağlı təşviqlər aparıb, bu istiqamətdə açıqlamalar verib, bununla bağlı müəyyən tədbirlər görüb. Antiterror tədbirlərindən sonra insanların orada qalması üçün hüququn müxtəlif istiqamətlərində addımlar atıb, yardımlar edib, təhlükəsizliyin qorunması ilə bağlı ən yuxarı səviyyələrdə bəyanatlarla çıxış edib. Reinteqrasıya ilə bağlı planlar təklif olunub, müəyyən addımlar atılıb, üstəgəl, oradakı mülki əhaliyə qarşı da heç bir gücdən istifadə edilməyib. Nə antiterror əməliyyatı zamanı, nə də əməliyyatdan sonra güc tətbiqi olmayıb. Əksinə, qeyd etdiyim kimi, reinteqrasiyada maraqlı olub. Dolayısı ilə bu dörd parametri beynəlxaq hüquq perspektivindən qiymətləndirəndə onlara məcburi köçkün statusu verilməsi çox absurd görünür. Çünki Ermənistan vətəndaşı Xankəndiyə, Xocavəndə, Xocalıya qanunsuz şəkildə yerləşib. İndi Ermənistan vətəndaşı deyirsə ki, mən "məcburi köçkünəm", bu, düzgün deyil.
Nəzərə alınmalıdır ki, Qarabağ onsuz da Ermənistan ərazisi deyildi ki, oradan gedənlər də məcburi köçkün sayılsın. Gedənlər Ermənistan vətəndaşıdır və qanunsuz olaraq yaşadığı bir ərazidən çıxıb öz ölkəsinə gedib. Yəni bu, heç bir məntiqə sığmır. Bu çərçivədə də onların məcbur köçkün olaraq xarakterizə edilməsi beynəlxalq hüquq baxımından mümkün görünmür.
Başqa bir məqam isə ondan ibarətdir ki, bu proseslər çərçivəsində Ermənistan tərəfi də özünə yeni bir problem açmamaq üçün vətəndaşlarına pasport vermişdi və paralel olaraq qeyd edilmişdi ki, Qarabağdan gələn ermənilər üçün vətəndaşlıq verilməsi prosesi sadələşdiriləcək. Sadalanan məqamlar onu göstərir ki, bu proseslər daxilində həmin ermənilərə "məcburi köçkün" deyilməsi beynəlxaq hüquqa görə də, siyasi baxımdan da, faktiki olaraq da mümkün görünmür.
Mərahim Nəsib,
KONKRET.az

Siyasi       Tarix: 08 noyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


azerbaycan xeberleri yeni xeberler son xeberler hava haqqinda xeberlər sonxabar az son xeberler bugun