"Qarabağ"ın biletlərini "qara bazar" uddu - Foto
Ötən gün "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Kopenhagen"lə oyununa satışa çıxarılan biletlərinin aşağı qiymət kateqoriyasında olanları sürətlə bitsə də, sadiq azarkeşlər narazılıq yaşadı.
KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, biletlərin böyük bir qisminin "qara bazar"a keçməsi nəticəsində futbolsevərlər indi ilkin qiymətindən 3-5 dəfə baha bilet axtarışındadır.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək bu qarşılaşmaya marağın böyük olacağı gözlənilən idi.
"iTicket.az" saytında satışa çıxan biletlərin çoxusu bir neçə saat sonra satılaraq bitmişdi. Lakin bu sürətli satış prosesi heç də asan olmadı.
Sosial şəbəkələrdə minlərlə azarkeş satış sisteminin tez bir zamanda çökməsindən, veb-saytın işləməməsindən şikayət edirdi. Artıq axşam saatlarında isə vəziyyət daha da gərginləşdi: biletlər "qara bazar" kimi fəaliyyət göstərən müxtəlif şəxslər tərəfindən sosial şəbəkələrdə ilkin qiymətləri 5-30 manat əvəzinə 50-150 manat aralığında təklif olunmağa başladı.
Məsələ ilə bağlı klubun sosial şəbəkə hesablarında çoxsaylı etiraz şərhləri yazılıb.
Qeyd edək ki, "Qarabağ"-"Kopenhagen" oyunu oktyabrın 1-də keçiriləcək.


Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü