Qaşıq-qaşıq zəhər yeyirmişik - İnsanı dəli, orqanizmi məhv edir

Qaşıq-qaşıq zəhər yeyirmişik - İnsanı dəli, orqanizmi məhv edirTürkiyənin məşhur həkim və sağlam qidalanma mütəxəssisi, professor Canan Karatay insan sağlamlığı üçün riskli hesab olunan bir qida ilə bağlı vacib xəbərdarlıq edib.
KONKRET.az musavat.com-a istinadən bildirir ki, Karatay "dəli bal" adlanan xüsusi növ balın tərkibindəki toksinlərin ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirib.
Dəli bal nədir və niyə təhlükəlidir?
Dəli bal, əsasən, Qara dəniz bölgəsində yetişən rhododendron bitkisinin çiçəklərindən alınır. Bu balın tərkibində qrayanotoksin adlı toksik maddə var.
Bu maddə aşağıdakı təsirlərə səbəb ola bilər:
Qan təzyiqinin ani şəkildə düşməsi,
Ürək ritminin pozulması,
Başgicəllənmə və bulanıq görmə,
Ürəkbulanma və mədə narahatlığı,
Gözdə və dəridə qızartı, ağızda qaşınma.
Dəli bal çox yedikdə, hətta adamı müvəqqəti dəli edə, onun təsiri altında insan xəyallar görə bilər.
Canan Karatay qeyd edib ki, dəli balın hətta bir qaşığı belə bu qidaya öyrəşməmiş bədənlərə ciddi ziyan verə bilər. Xüsusilə hamilə qadınlara və süd verən analara bu baldan uzaq durmaq tövsiyə olunur.
Bəs adi bal ilə dəli balı necə fərqləndirək?
Dad: Dəli bal acı və tünd bir dada malikdir, adi bal isə şirin və yüngül dadlıdır.
Tərkib: Dəli bal qrayanotoksin ehtiva edir, adi bal isə bu maddəni tərkibində saxlamır.
İstifadə: Dəli bal müalicə məqsədli və nəzarətli şəkildə istifadə olunur, adi bal isə geniş istehlak olunur.
Canan Karatay, xüsusilə təcrübəsiz istehlakçıların dəli balı adi baldan fərqləndirə bilmədiyini və bu səbəbdən təhlükə ilə üzləşdiklərini vurğulayıb. İstehlak etməzdən əvvəl məhsulun laborator analizlərinin aparılması vacibdir.
Mütəxəssisin tövsiyələrinə əməl edərək sağlamlığınızı qorumaq üçün bu növ baldan uzaq durmağınız məsləhətdir.

Sağlamlıq       Tarix: 02 dekabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin


yeni xeberler son xeberler azerbaycan xeberleri bu gune olan xeberler cəbhədən xəbər enson xeberler kriminal bugun