Qaz sayğaclarının hamısı bu tarixədək sıfırlanacaq

Qaz sayğaclarının hamısı bu tarixədək sıfırlanacaqMəlum olduğu kimi, mexaniki qaz sayğaclarından istifadə edən "Azəriqaz" abonentləri üçün güzəştli limit bu il yanvar ayının 1-dən sıfırlanmalıdır.
Azxeber.com qafqazinfo-ya istinadən xəbərinə görə, bununla bağlı qurumdan bir neçə gün əvvəl bildirilmişdi ki, yanvarın ilk 4 günü bayram gününə düşdüyündən, qaz sayğaclarında göstəricilərin fiziki olaraq oxunuşu həmin ayın 10-dək davam edə bilər. Göstəricilərin oxunduğu gün abonent üçün hesabat dövrüdür və həmin gündən etibarən o, yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlayır.
Həmçinin açıqlanmışdı ki, sayğac göstəricisinin daha tez qeydə alınmasını istəyən abonentlər qurumun aidiyyəti Votsap nömrəsinə (+99477) 3 104 104) dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən etibarən sayğacın göstəricisinin fotosunu göndərməlidirlər.
Lakin prosesin başlanmasından iki gün keçsə də, hələ də abonentlər qaz sayğaclarının sıfırlanmamasından narahatdırlar.
Redaksiyamıza müraciət edən abonentlər həmin nömrəyə fotoşəkil göndərsələr də, bir nəticə olmadığını bildiriblər. Belə ki, qeyd edilən nömrəyə foto göndərən zaman onlara sıfırlanma əvəzinə videolink göndərildiyini deyirlər.
Bildirilir ki, həmin görüntülərdəki göstəricilərə əməl olunmadığı halda müraciətin qəbul olunmayacağı ilə bağlı xəbərdarlıq olunur. Qurumun qaynar xəttindən isə hazırda işlərinin çox olduğu və "nə vaxt çatdırsaq, onda sıfırlayacağıq" cavabı verilir.
Bəs bu halda abonent nə etməlidir? Yanvarın 1-dən sayğaca ödəniş daxil edən vətəndaşın ödənişi yanvarın 10-a qədər güzəştli limitlə hesablanacaqmı?
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi ilə əlaqə saxladıq. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirdi ki, vətəndaşın sayğacı hansı tarixdə sıfırlanıbsa, illik oxunuş gələn ilin həmin tarixinə qədər davam edəcək:
"Bütün proses yanvar ayının 10-dək tamamilə yekunlaşacaq. Vətəndaşın 365 günü - bir ili yanvarın 10-dan gələn il yanvarın 10-dək hesablanır. Yəni vətəndaşın 365 gününə dəyilmir".
Qeyd edək ki, "Azəriqaz" İB mexaniki-elektron qaz sayğaclarının qeyd olunan nömrəyə göndərilən dekabrın 31-dən yanvarın 1-ə keçən gecə çəkilmiş fotoşəklinin hesabat məlumatları bazaya yüklənərkən həmin tarixlə qeydə alınacağını açıqlamışdı. Əvvəlcədən ödənişli sayğaclarda isə dekabrın 31-i gecə saat 00:00-dan etibarən yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlanılır.
Xatırladaq ki, "Azəriqaz" İB tərəfindən sayğacların sıfırlanması ilə bağlı problemin birdəfəlik həlli üçün həm mexaniki, həm də smart sayğaclara xüsusi cihazlar yerləşdiriləcək. Birlikdən verilən məlumata görə, bu vasitə ilə onlayn formada sərfiyyat yoxlanılacaq, onlayn ödəniş mümkün olacaq, həmçinin, limitlərinin sıfırlanması prosesi də asanlaşacaq.
BAKU.WS

Sosial       Tarix: 02 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler bugun xəbər.az sonxeber ən son xəbər