"Qazilərin çoxuna əlillik sənədini pulla verirlər" - Kamildən şok ittiham

Artıq Vətən müharibəsinin başlamasından bir il ötür. 2020-ci ilin sentyabrın 27-də başlanan əks-hücum əməliyyatları uğurla başa çatdı. Azərbaycan Ordusu döyüşlərin ilk günündən düşmən üzərində böyük üstünlük qazanaraq, işğalçı qüvvələri torpaqlarımızdan qovmağı bacardı.
Buna baxmayaraq, müharibədə iştirak etmiş bəzi qazilərin problemləri bu günə kimi öz həllini tapmayıb.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış fitness məşqçisi, xeyriyyəçi Kamil Zeynallı bəzən qazilərə haqsızlıq edildiyini bildirib:
"Şikayətlərin çoxsu ondan qaynaqlanır ki, qazi qardaşlarımız öz hüquqlarını bilmirlər. Onlar öz hüquqlarını bilsələr, hara, necə müraciət etmək lazımdır deyə məlumatlı olsalar hər şeyin öhdəsindən gələrlər. Düzdür, bəzən onları incidirlər, dəfələrlə öz gözümlə bunun şahidi olmuşam. Qolu, ayağı olmayan uşaqları incidirlər, get-gələ salırlar. Onlar qohumdan, qonşudan pul tapıb, rayondan Bakıya gəlirlər ki, yoxlanışdan keçib, arayış alsınlar sonra təqaüd üçün müraciət etsinlər, amma bir təqaüd kağızına görə onları çox incidirlər. Ən çox da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ("Papanin") və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Komissiyasında qaziləri get-gələ salırlar. Ölkə başçısı hər şəraiti yaradıb ki, qazilər, şəhid ailələri əziyyət çəkməsin. Sadəcə bunu icra etməyən, camaatı incidən aşağıdakı məmurlardır. Adam bilmir ki, onların qanı nə qanıdır. bunu nə məqsədlər edirlər? Niyə qolu, ayağı, gözü olmayan adam bu qədər əziyyət çəkməlidir? Ayağında dəmir olan, zorla yeriyən o qədər qazi var ki… Hamısı kasıb kənd uşaqlarıdır, güclə yolpulu tapıb gəlirlər, bir kağızdan ötrü 6-7 dəfə idarəyə getməli olurlar. Onlar nə istəyirlər ki, bircə haqqları olan sənədi istəyirlər, onu alana qədər nələr çəkirlər onu bir Allah bilir. 10-15 günə həll olunası məsələni 3-4 ay uzadırlar".
İdmançının sözlərinə görə, müharibədən bir il keçməsinə baxmayaraq, hələ də arayışlarını ala bilməyən müharibə iştirakçıları var:
"Müharibədən bir il keçib, amma hələ də təqaüdünü, əlillik sənədini ala bilməyən uşaqlar var. Çoxsundan rüşvət istəyirlər. Deyirlər, "Pul ver sənədini tez verim". Belə şey olmaz axı. Siz görmürsünüz ki, o adam nə haldadır, necə ondan rüşvət istəyə bilərsiniz? Qazilərin çoxna əlillik qrupunu pulla verirlər. Danışılası söz çoxdur. Dövlət hər cür şərait yaradıb, amma aşağıda vəzifədə oturan "Cırtdan məmurlar" qazilərimizi incidirlər. İnşallah, bu kimi mənfi hallar tezliklə aradan qaldırılar".

Şou Biznes       Tarix: 29 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler sou xeberler bugun qarabag cəbhədən son xəbərlər 2026