Qazilərin qapıçısı – FOTO

Qazilərin qapıçısı – FOTOQazilərin qapıçısı – FOTO
Dünən həyatımın xoşbəxt, qürurlu, unudulmaz günlərindən birini yaşadım.
İllər sonra əzəli zədəmə baxmayaraq, futbol oynamaq üçün yenidən forma geyinib meydana çıxdığım üçün YOX!...
Futbol həyəcanını yaşamaq, bir qapıçı kimi yenidən komandanın qala divarlarını qorumaq üçün YOX!...
Rəqiblərimin zərbələrini dəf edərək hər qaytarılan topun sevincini, buraxılan qolların məyusluğundan komanda yoldaşlarımın təsəllisini eşitmək üçün YOX!...
Darıxdığım idmanla məşğul olmaq, uzun fasilədən sonra əlcəklərimdəki tər qoxusunu yenidən duymaq, nəmli biləyimlə alnımdan axan damcıları tez-tələsik silib qapı xəttində baş verən mücadilədə müdafiəçilərə səslənmək üçün də YOX!....
Səbəb də tutarlı və əsaslı idi.
Bu dəfə mən torpaqlarımızın azadlığı uğrunda vuruşmuş, qalib-qəhrəman-igid Vətən oğulları ilə futbol oynayırdım. Azərbaycan Könüllü Təşkilatları İttifaqının idarə heyətinin komandası əsl qələbənin dadını çıxarmış, əzəli torpaqlarımızın ilıq nəfəsini yerində duymuş, doğma diyarımızın işığı ilə nurlanmış, kobud səslənsə də, deyəcəm, dığaların meyitlərinin üzərindən inamla addımlayaraq, Şuşayadək gedib çıxmış oğullarla bir meydanda futbol oynamaqdan qürur duyurdum. Bu bahadırları ilk dəfə görsəm də, inanın ki, mənə çox əziz və doğma gəldilər.
Onların arasında əsgər də vardı, gizir də, zabit də, xüsusi təyinatlı da... minada ayağını itirəni də. Mənim üçün isə onlar canlı əfsanələr idi. Hamısı da Paşam qədər ali rütbəli, həmişəlik borclu qalacağım mənəvi qardaşlarım.
Nə qapını qorumağı düşünürdüm, nə oyunçularımıza səslənirdim, nə də həyəcanla zərbə gözləyirdim. Dünən mən qoruduğum qapıya tərəf inamla irəliləyən qəhrəman döyüşçülərin həmlələrinin canlı şahidi olmaqdan qürur duyurdum. 
Baxışlarındakı qətiyyət, səslərindəki coşqu, hücumlarındakı əzəmətin 2-3 addımlığında sevimli qardaşlarımın zədəli çiynimə vurulan dəstək jestlərindən, yıxılarkən onlara uzatdığım əlimə toxunan möhkəm qolların gücündən, qardaşlıq dəstəyindən, doğmalıqdan göyün 7-ci qatında idim. Həyatımda ilk dəfə idi ki, buraxdığım toplardan məyus olmurdum, əksinə onların qol sevincini gördükcə ürəyim açılırdı.
Bəzən bunu özləri də sezirdilər. Axı onlara rəqib ola bilməzdim. Mən sadəcə həmrəyliyimi nümayiş etdirmək, onlarla ünsiyyətin dadını çıxarmaq üçün futbol oynayırdım.
Minaya düşüb bir ayağını itirən adaşımın vurduğu zərbə isə həyatımda gördüyüm ən gözəl qol idi. Bu qol mübarək qədəmlərlə mənim qapıma vurulmuşdu. Bax buna görə də dünən dünyanın ən xoşbəxt adamı sandım özümü.
Bir tək Şuşa döyüşləri ilə qüdrətlərini bütün dünyaya bəyan edən, hərbi potensialları ilə dünyada hegemon dövlətlərin hərbi dərsliklərində tədris olunan Azərbaycan bahadırlarının hücumunu sizcə, mən dəf etmək əzmindəydimmi? Bunu fani dünyada bacaran kimsə varmı?
Biz sadəcə oynadıq. Çünki sözün əsl mənasında bundan sonra elə oynayan vaxtımızdı. Bundan sonra bizə oynamaq yaraşır, deyib-gülmək, yaşamaq-yaratmaq, igidlərimizi sevdirmək, həmrəy olmaq yaraşır. Bu sevgini, sevinci, qazilərimizə sonsuz eşqimizi övladlarımıza aşılayaraq onların vətənpərvərliyindən qürurlanmaq yaraşır.
Övladlarımız demişkən, oğlum eşidəndə ki, atası gedir erməniləri öldürən əmilərlə futbol oynamağa hərbi köynəyini geyinib israrla onu da aparmağımı istədi. Qayıdanda da həmin əmilərin yanında oturduğunu, görüşdüyünü, oyundan sonra çay içdiyini ağızdolusu evdəkilərə danışmaqdan yorulmurdu.
Dünən həyatımın xoşbəxt, qürurlu, unudulmaz günlərindən birini yaşadım. 
...Yenə belə oyun olsa, mütləq iştirak edəcəm. 
Bu dəfə qazi qardaşlarımın qapıçısı olacam!
P.S Başda Azərbaycan Könüllü Təşkilatları İttifaqının idarə heyəti olmaqla, bütün təşkilatçılara dərin təşəkkürümü bildirir, komanda yoldaşlarıma isə növbəti oyunlarda yeni uğurlar arzulayıram.
Qazilərin qapıçısı – FOTOQazilərin qapıçısı – FOTOElnur Kələntərov,
Dövlət Miqrasiya Xidmətinin  İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi

Sosial       Tarix: 06 aprel 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi banklar xeberlər ən son xeberler iqtisadiyyat xeberleri bugun