Qəribə məxluqlar təsvir olunan ən qədim qayaüstü şəkillər tapıldı

Qəribə məxluqlar təsvir olunan ən qədim qayaüstü şəkillər tapıldıQəribə məxluqlar təsvir olunan ən qədim qayaüstü şəkillər tapıldı
Arxeoloqlar İndoneziyanın Sulavesi adasında qədim qayaüstü rəsmləri olan mağara tapıblar. Həmin rəsmlərdə yarı heyvan, yarı insan olan məxluqların ov etdiyi əks olunub. Alimlərin fikrincə, təsvirlərin yaşı 44 min ilə yaxındır. Bu, əcdadlarımızın təxəyyül və mücərrəd düşüncəyə malik olduğunu göstərən ən qədim dəlildir.
Bu barədə arxeoloqlar "Nature" elmi jurnalında yazırlar.
Məqalədə bildirilir ki, rəsmin uzunluğu 4,5 metr olan hissəsində vəhşi donuzlar və camışlar təsvir edilib. Onların yanında quyruğu və heyvan başı olan insana bənzər kiçik ölçülü fiqurlar çəkilib.
"Bu şəkillər əcdadlarımızın təbiətdə mövcud olmayan şeyləri təsəvvür edə bildiklərini göstərən qədim nümunədir. Heyvaninsan məxluqları dünyanın bütün xalqlarının mifologiyasında və folklorunda mövcuddur və adətən onları allahlar, əcdadlar və ruhlarla əlaqələndirirlər. Qədim indoneziyalılar öz şəkillərində bu əlaqəni Avropanın ilk sakinlərindən xeyli əvvəl təsvir ediblər. Halbuki biz əvvəllər düşünürdük ki, müasir dinlər  Avropada yaranıb", - deyə Qriffit Universitetinin professoru (Avstraliya), yeni tapıntını araşdıran arxeoloqlardan biri Adam Brumm bildirib.
Alimin sözlərinə əsasən, hələ bir müddət əvvəl antropoloqlar və arxeoloqlar hesab edirdilər ki, qayaüstü rəsmlər, eləcə də daş dövrünün təsviri incəsənətinin digər təzahürləri yalnız qədim insanların Avropa populyasiyaları ilə bağlı idi. Bir neçə il əvvəl tədqiqatçılar neandertalların da şəkil çəkə bildiyini müəyyən ediblər. Alimlər eləcə də ən qədim "Homo sapiens" rəsmlərinin əslində Avropada deyil, Cənub-Şərqi Asiyada olduğunu da aşkar ediblər.
Bundan başqa, Afrika ərazisində aparılan qazıntılar göstərir ki, təsviri sənət insanlar Qara qitəni tərk etməmişdən əvvəl yaranıb. Məsələn, 2011-ci ildə arxeoloqlar Cənubi Afrika mağarasında üzəri boya ilə örtülmüş balıqqulağı aşkar etmişdilər. Qədim rəssamın ondan palitra kimi istifadə etdiyi ehtimal olunur. Həmçinin yaşı 100 min ilə yaxın olan digər rəssamlıq alətləri də tapılmışdı. /oxu.az

Maraqlı       Tarix: 14 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az 2026 cəbhədən yeni xəbərlər sou biznes bugünki xəbərlər