Qətlə yetirilən Nərminin nənəsi yayılan səs yazısından danışdı: "O şəxsi tutsalar, hər şey bilinər

Qətlə yetirilən Nərminin nənəsi yayılan səs yazısından danışdı: "O şəxsi tutsalar, hər şey bilinərQətlə yetirilən Nərminin nənəsi yayılan səs yazısından danışdı: "O şəxsi tutsalar, hər şey bilinər"
Tovuzda qətlə yetirilərək yandırılan 10 yaşlı Nərmin Quliyevanın nənəsi Minayə İsmayılova qeyd edilən cinayətlə bağlı sosial şəbəkədə yayılan səs yazısına münasibət bildirib.
M.İsmayılova Trend-ə açıqlamasında qətldə adı hallandırılan Altay Ələkbərovu tanıdığını bildirib:
"Altayı tanıyıram. Qızımgilin qonşusudur və həqiqətən də, "VAZ 2107" markalı avtomobili var. Altay kənddə suvaqçı və fəhlə işləyir. Hadisəni onun törətdiyini deyirlər, amma hüquq-mühafizə orqanları bu barədə bizə heç bir məlumat verməyib.
Deyirlər, Nərmini o öldürüb, amma mənim məlumatım yoxdur. Altay, Famil müəllim var, onun oğludur. Onu tutsalar, Nərmini kimin öldürdüyü bilinər. Altayın qardaşı Aqil var, hadisədən bir müddət əvvəl həmin Aqilin heyvanı itmişdi, bizdən şübhələnirdilər. Sonra heyvan başqa yerdən tapıldı. Amma Altayın Nərmini öldürdüyü vaxt onu gördüyü deyilən Asif Ələkbərov və Vüsal Zalovu tanımıram".
Nənəsi deyir ki, Altay Ələkbərovun yeznəsi Fikrət adlı şəxs, həqiqətən, polis mayorudur:
"Fikrəti də tanıyıram, polisdə işləyir, bu yaxınlarda eşitmişəm ki, onu da işdən çıxarıblar. Fikrət mənim qonşumdur, Altayın isə yeznəsidir. O gün dedilər ki, onu da işdən çıxarıblar. Bilmirəm, özü çıxıb, yoxsa işdən çıxarıblar".
M.İsmayılova Nərminin yaxın qohumlarının qatili tanıdığını bildirib:
"Hamı bilir ki, Nərmini kim öldürüb, hər şeyi bilirlər, polisə aparsalar, hamısı aydın olacaq. Mənə heç nə demirlər. Qızımgil də hadisədən sonra qayınatasıgildə qalır, mən görmürəm".
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızı 21 noyabr 2019-cu il tarixdə itkin düşüb. Bu il yanvarın 6-da Nərmin Quliyevanın qətlə yetirilərək yandırılmış meyiti evlərinin yaxınlığında aşkar edilib.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində hadisədə şübhəli bilinən, Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov şübhəli şəxs qismində saxlanılıb. İ.Süleymanov cinayəti törətdiyini etiraf edib.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə naməlum şəxsin qətllə bağlı səs yazısı yayılıb. Həmin şəxs Nərmin Quliyevanı Tovuz rayonunun Dondar Quşçu kənd sakini Altay Ələkbərovun qətlə yetirdiyini bildirir.
Səs yazısının sahibi iddia edir ki, hadisəsini digər kənd sakinləri olan Asif Ələkbərov və Vüsal Zalov adlı şəxslər də görüblər. Naməlum şəxs iddia edir ki, guya Altay Ələkbərovun qohumu polis zabiti olduğundan, onu qətldən yayındırır və cinayətin üstünün açılmasına mane olur.
Baş Prokurorluğun mətbuat xidmətindən isə bildiriblər ki, həmin səs yazısı istintaqa təqdim olunub və faktla bağlı cinayət işinin istintaqı davam etdirilir. /oxu.az

Sosial       Tarix: 05 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA

Əmək pensiyalarının təyinatı bütün vətəndaşlar üçün eyni qaydada həyata keçirilmir. Xüsusi əmək şəraiti, xidmət sahəsi və tutduğu vəzifəyə görə bəzi şəxslər fərqli pensiya təminatı hüququ əldə edirlər. Bəs xüsusi şərtlərl

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler azerbaycan ən son xeberler xankendi qurban bayrami 2026