Qidalanmada yol verdiyimiz 10 əsas səhv

Qidalanmada yol verdiyimiz 10 əsas səhvQida insan üçün enerji, fərəh və gümrahlıq mənbəyidir. Bir çoxları qidanı qaydasında qəbul etmək lazım olduğunu yaxşı başa düşürlər. Lakin bunun nə demək olduğunu əksəriyyəti bilmir. Qidanı qəbul edərkən yol verdiyimiz səhvlər həzm sistemi, hormonlar, beyin ilə bağlı sağlamlığa problemlər yaradır, artıq çəki ilə xarakterizə olunur. Bu səhvlər hansılardır?
Milli.Az AZƏRTAC-a istinadən bu barədə məlumatları diqqətinizə çatdırır.
1-ci səhv: orqanizmə lazım olduğundan daha artıq qida
Demək olar ki, bütün insanlar bu səhvə yol verirlər. Bu gün ətirli darçınlı kökənin, sabah yeni növ çipsinin dadına baxmaq istəyirsən, o biri gün isə kələmli kartofun əlavə porsiyasının dalınca qaçırsan. Hətta ən zərərsiz qida orqanizmdə xeyli problem yarada bilər. Kalori çoxluğundan, ilk növbədə, çəki artır.
2-ci səhv: keyfiyyəti şübhə yaradan yağlar
Bizim rasionumuzda, həmçinin ən yaxşı keyfiyyətə malik olmayan xeyli yağlar, yəni transyağlar var. Əfsuslar olsun ki, bu yağlar bir çox qidalarda - fastfud, çörək-bulka məhsulları, marqarin, çipsilərdə mövcuddur. Bu isə immunitetə güclü zərbə endirir.
3-cü səhv: kifayət qədər vitaminlərin olmaması
Əgər siz ürəyiniz istədiyi kimi yeməyə öyrəşmisinizsə, o zaman sizi məyus edəcəyik - orqanizm zəruri olan vitaminləri, zülalları və digər faydalı elementləri doyunca almır. Daha çox təzə meyvə və tərəvəz yeməniz vacibdir.
4-cü səhv: kifayət qədər mayenin olmaması
Çay, qazlı su, şirələr, alkoqol - bu içkilərin orqanizm üçün faydalı olmasını demək çətindir. Əsas həyatverici maye mənbəyi təmiz sudur ki, bu da maye tələbatını tamamilə ödəyir.
5-ci səhv: qeyri-müntəzəm qidalanma
Qidalanma təkcə balanslaşdırılmış və maksimum dərəcədə faydalı maddələrdən ibarət deyil, həm də müntəzəm olmalıdır. Əgər siz hər necə gəldi qidalanırsınızsa, məsələn, gündə bir dəfə, lakin böyük porsiyada, o zaman bu, sizin orqanizminizə zərbə vuran növbəti səhvdir. Həmçinin mədənin fəaliyyətini yüngülləşdirməkdən ötrü qidanı yaxşıca çeynəmək lazımdır.
6-cı səhv: şirniyyatdan sui-istifadə
Qidanın qeyri-müntəzəm qəbulu - bu hələ ziyanın yarısıdır. Böyük miqdarda şirniyyat qəbul edənlər daha çox səhv edirlər. Qəbul edilən qidada şəkərin payı sizin adət etdiyinizdən aşağı olmalıdır.
7-ci səhv: düzgün hazırlanmayan yemək
Qidanın hazırlanma üsulu da böyük rol oynayır. Yeməyi qızartmamaq, xüsusən də böyük miqdarda yağ və duz istifadə edərək qızartmamaq mühümdür. Daha yaxşı olardı ki, qidanın pörtlətmə, buxarda bişirilmə yolu ilə hazırlanmasına üstünlük verəsiniz.
8-ci səhv: yaşa uyğun qidalanmama
Hər bir insan fərdidir. Qidalanmada yaş da az rol oynamır. Fikir vermisinizsə, uşaqlar böyük adamın yediyi porsiyanı qəbul edə bilmir. İş şıltaqlıqda deyil. Sadəcə uşaq orqanizminin bu həcmdə qidaya ehtiyacı yoxdur. Bu, yaşlı və oturaq həyat tərzi keçirən insanlara da aiddir. Qida qəbulu zamanı porsiyaları artırmaq lazım deyil, onlar itirdiyiniz enerjiyə müvafiq olmalıdır.
9-cu səhv: düzgün qidalanmaya marağın azlığı
Xoşbəxtlikdən indi bu səhv bir çox müasir insan tərəfindən dərk edilir. İnsanların əksəriyyəti düzgün qida barədə mütaliə edir, sağlam məhsullar alır, dərk edərək balanslaşdırılmış qidalanma yoluna üz tuturlar. Lakin əfsuslar olsun ki, ziyanlı qida qəbulunu hələ də davam etdirənlər mövcuddur.
10-cu səhv: nəfsini cilovlamağı bacarmamaq
Dadlı yemək bolluğu onunla nəticələnir ki, biz qidaya meylimizin qarşısını almağı yadırğamışıq. Ən çox da faydalı və düzgün qida qəbul etməyi.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 30 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri krminal bu gun ensonxeberler sonxeberler