Qidanın insultun yaranmasına təsiri müəyyən edildi
Qidanın insultun yaranmasına təsiri müəyyən edildi
Qidalanmanın ürək-damar xəstəliklərinin inkişaf riskinə təsir etdiyi elmə çoxdan məlumdur.
"European Heart Journal"da nəşr olunan yeni tədqiqatın müəllifləri hansı məhsulların işemik və hemorragik insultun inkişaf riskini artırdığını öyrəniblər.
Mütəxəssislər 9 ölkədən 418 329 nəfərin məlumatlarını təhlil ediblər. 12,7 il ərzində işemik insult 4281 xəstədə, hemorragik isə 1430 nəfərdə müəyyən edilib.
Alimlər qidada sellülozanın (meyvə, tərəvəz, taxıl, paxlalılar, qoz-fındıq və toxum) ümumi miqdarı ilə işemik insult riskinin azalması arasında əlaqə olduğuna fikir veriblər.
Belə ki, sellülozanın qəbulunu hər dəfə 10 qram artıran zaman risk 23%, gündəlik olaraq 200 qram meyvə-tərəvəz yedikdə isə, risk 13% azalıb.
Maraqlıdır ki, hər hansı məhsulla işemik insult riskinin artmağı arasında statistik əhəmiyyətli əlaqə aşkarlanmayıb.
Lakin hemorragik insulta gəldikdə isə, tədqiqatlar zamanı məlum olub ki, gündəlik hər əlavə 20 qram yumurta onun yaranma riskini 25% artırıb. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb