Qırğızıstanda "TikTok" bloklanır
Qırğızıstanda "TikTok" bloklanır
Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi ölkədə "TikTok" sosial xidmətini bloklamaq qərarına gəlib.
Buna səbəb kimi departamentə qeyri-hökumət təşkilatlarından "TikTok" sosial şəbəkəsinin uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsiri ilə bağlı şikayətlərin getdikcə artması göstərilib.
Təşəbbüs müəlliflərinin sözlərinə görə, "TikTok", istifadəçini qısa kliplərin virtual aləminə batırır, yeniyetmələr onlara baxdıqdan sonra bəzilərinin həyatı üçün təhlükə yaradan müəyyən videoları təkrarlamağa çalışırlar.
Bundan əlavə, bildirilib ki, sosial şəbəkə aludəçiliyə səbəb olmaqla, gənc nəslin emosional vəziyyətinə mənfi təsir göstərir.
Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyinin mətbuat xidməti respublikada "TikTok"un fəaliyyətini dayandırmaq üçün təcili tədbirlərin görülməsinin zəruriliyi barədə məktubun daxil olduğunu təsdiqləyib.
Hazırda qurum Mədəniyyət Nazirliyinin müraciətinə baxır.
Mənbə: "Sputnik" Qırğızıstan / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR