"Qırmızı şeytanlar"ın Qətər macərası: FIFA "sevgi"ni onlara qadağan etdi - FOTO
"Qırmızı şeytanlar"ın Qətər macərası: FIFA "sevgi"ni onlara qadağan etdi - FOTO
Beynəlxalq Futbol Federasiyası (FIFA) Belçika millisini 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı üçün səfər formasının dizaynını dəyişməyə məcbur edib.
Buna səbəb Belçika Futbol Federasiyası tərəfindən yaradılan Belçika səfər formasında ortaq dəyərləri simvolizə etmək üçün göy qurşağı rəngləri və "sevgi" ("love") yazısı olub.
Mənbənin məlumatına görə, FIFA "qırmızı şeytanlar" kimi tanınan Belçika yığmasının köynəklərindən bu sözün çıxarılmasını tələb edib. Qərar onların dünya çempionatının qrup mərhələsinin ilk turunda Kanada ilə keçirəcəkləri oyundan iki gün əvvəl verilib.
İddia olunur ki, Beynəlxalq Futbol Federasiyası bu məsələni Belçika Kral Futbol Assosiasiyası ilə müzakirə etməkdən qəti şəkildə imtina edib.
"Sevgi" sözü yox olmalıdır. Kədərlidir, amma FIFA bizə seçim qoymur. Formanın qalan hissəsi dəyişməz olaraq qalır", - deyə Belçika Futbol Assosiasiyasının baş direktoru bildirib.
Qeyd olunur ki, bu yazının daha əvvəl bəzi komandaların kapitanlarının LGBT dəstəyi əlaməti olaraq taxdıqları, ancaq 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında qadağan edilən "One Love" qol sarğısı ilə heç bir əlaqəsi yoxdur.
Belçika bundan sonra yeni formanın təcili istehsalı və Qətərə göndərilməsi üçün "Adidas"la danışıqlar aparmağa məcburdur.
Onu da bildirək ki, Belçika F qrupunda Xorvatiya, Mərakeş və Kanada ilə mübarizə aparacaq.
Xatırladaq ki, Belçika yığması 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən biridir.

Mənbə: ESPN / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR