"Qırmızı ürəklər" Fondunun 1 yaşı tamam oldu

Çoxsaylı xeyirxah əməllər həyata keçirən, indiyədək minlərlə insana maddi və mənəvi dəstək göstərən, ölkənin bütün regionlarını əhatə edən "Qırmızı Ürəklər" ("Red Hearts") Fondunun rəsmi olaraq fəaliyyətə başlamasının 1 ili tamam oldu. Bununla bağlı 16 dekabr 2021-ci il tarixində "Four Seasons" otelində tədbir keçirildi.
Azxeber.com xəbər xerir ki, tədbirdə PAŞA Holdinqin və Kapital Bank-ın rəhbər şəxsləri, millət vəkilləri, donorlar, xaricdə yaşayan həmvətənlərimiz, fondun üzvləri, əməkdaşları və könüllüləri iştirak edirdi. Tədbirdə çıxış edən "Qırmızı Ürəklər" Fondunun prezidenti Sevda Haqverdiyeva fondun fəaliyyət istiqamətləri, gördüyü işlər, hesabatlar və gələcək planlar barədə ətraflı məlumat verdi. Həmçinin fondun ən fəal üzvləri xüsusi sertifikatlarla təltif edildi.
İndiyədək fond tərəfindən uşaq evlərində və sığınacaqlarda seminarlar, təlimlər, aztəminatlı ailələrə yardım aksiyaları, regionlarda kütləvi ağacəkmə tədbirləri, sahilyani ərazilərdə təmizlik işləri, heyvan sığınacaqlarında dəstək aksiyaları keçirilib. "Qırmızı Ürəklər" fəaliyyətə başladığı gündən 2500 nəfərdən artıq donor tərəfindən, 300-dən artıq könüllülərin iştirakı ilə 2 milyon 200 min AZN məbləğində vəsait 15 mindən artıq insana ianələr şəklində xərclənib.
44 günlük Vətən Müharibəsi zamanı və sonrakı dövrdə qazi ailələrinin uzun və qısamüddətli himayəyə alınması, şəxsin və ailə üzvlərinin təhsil xərclərinin qarşılanması, müalicəsi, birdəfəlik və çoxsaylı pul və ərzaq yardımlarının paylanması, məişət və tibbi xərclərinin qarşılanması, ev şəraitinin yaxşılaşdırılması və yeni evlərin tikilməsi işləri də həyata keçirilib. Bundan başqa birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında "Vətən Bağı" layihəsini həyata keçirilib. Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilir.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra məşhur müğənnilər Sevda Ələkbərzadə, Zamiq Hüseynov, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva və Miriyusif çıxış edərək "Qırmızı Ürəklər"i ad günü münasibətilə təbrik etdilər.
Qeyd edək ki, "Qırmızı ürəklər" 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar. Xeyriyyə işlərinə ianələr etmək istəyənlər vəsaiti sayt vasitəsilə, heç yerə getmədən onlayn formada fondun hesabına köçürə bilərlər.

İqtisadiyyat       Tarix: 20 dekabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezennesi krimnal xeber qurban bayrami 2026 cəbhədən son məlumatlar