Qış depressiyasının əlamətləri nələrdir?
Psixiatrlar qış aylarında ortaya çıxan mövsümi duyğu dəyişimi haqda məlumat veriblər. İnsanları qışda pessimist edən səbəblər hansılardır?
Milli.Az xəbər verir ki, ətraf aləmin təsiri ilə insan psixologiyası daima dəyişkən xarakter daşıyır. Qış mövsümündə havaların soyuq keçməsi, qapalı məkanlarda çox vaxt keçirmək, günlərin qısalması insanların psixologiyasına təsir edir. Günəş şüalarının azaldığı qış aylarında neqativ düşüncələr bəzi insanları daha çox narahat edir. Qış depressiyasının təsir etdiyi insanlar halsız, kefsiz, qayğılı və zövqsüz olmağa başlayırlar. Həmin insanlar həyata uyğunlaşmaq da çətinlik çəkər və onlar Həyat mənasızdır hissinə qapılarlar. Xüsusilə Baltik sahili ölkələrdə qış depressiyası insanların həyatını dəyişir.
Belə ki, qış depressiyasına düşməmək üçün psixiatrlar tövsiyyə verir:
Havanın günəşli və mülayim olduğu günlərdə təmiz havaya çıxmaq və 1 saata yaxın gəzişmək lazımdır. Axşam tez yatıb, səhərlər tez oyanmaq lazımdır. Çünki günəş işığından maksimum dərəcədə yararlanmaq tövsiyyə olunur. Əgər gün ərzində yorğunluq çökərsə 15 dəqiqə gözləri bağlayıb dincəlmək lazımdır. Gün ərzində 3 dəfə yemək yeyilməsi mütləqdir. Tropik meyvələrin yeyilməsi daha məsləhətli hesab olunur. Və sonda psixiatrlar dostlarla əyləncəli vaxt keçirməyi tövsiyyə edir. (ölkə.az)
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ